Əsas Səhifə > Hadisə > İslam Oyunları ilə əlaqədar bəzi ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
İslam Oyunları ilə əlaqədar bəzi ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI15-03-2017, 20:30 |
![]() Bakıda keçiriləcək 4-cü İslam Həmrəylik Oyunları zamanı paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti və parklanması məhdudlaşdırılacaq. Məhdudiyyət mayın 1-dən 25-dək davam edəcək. Yarış məkanlarının ətrafında Nəqliyyatın Hərəkətinə Nəzarət Zonası yaradılacaq. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, yalnız yarışın keçiriləcəyi "Bayıl Arena", Ağır Atletika Akademiyası, "AZAL Arena", Tennis Akademiyasının ərazisində yaşayan sakinlərə xüsusi giriş və çıxış icazəsi veriləcək. Bu zonalara ancaq xüsusi buraxılışı olan nəqliyyat vasitələri daxil ola biləcək. Buraxılış vəsiqəsi olmayan digər nəqliyyat vasitələrinin bu zonaya girişi qadağan olunacaq: "15 gün müddətinə - martın 15-dən 31-dək həmin ünvanlarda yaşayan və ya işləyən sakinlər ərazi üzrə Mənzil İstismar Sahələrinə yaxınlaşaraq orada qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi və istifadələrində olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsi və yaxud etibarnaməni təqdim etməlidirlər. Bu ərazilərə giriş-çıxış mümkün olsa da, parklanmaya icazə verilməyəcək."(APA) Digər idman arenalarının ətrafında yaşayış binaları və şirkətlər olmadığına görə bu ərazilərə heç bir buraxılış nəzərdə tutulmayıb. Oyunlar zamanı bütün yarış məkanlarının ətrafında nəqliyyat vasitələrinin parklanmasına da icazə verilməyəcək. Bu ərazilər polis əməkdaşları tərəfindən nəzarətdə saxlanılacaq. Kamran Əliyev vətəndaşlara mayın 1-dən 25-dək ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edib. Rubrika.az Geri qayıt |