Əsas Səhifə > Hadisə > Türkiyə NATO ilə birgə tədbirləri dayandırır

Türkiyə NATO ilə birgə tədbirləri dayandırır


16-03-2017, 11:25
Türkiyə NATO ilə birgə tədbirləri dayandırır

Türkiyə NATO-nun tərəfdaşlarıyla bəzi təlim planlarını və bir neçə sahədə əməkdaşlığı dayandırmağa qərar verib. «Reuters» xəbər agentliyinin diplomatik mənbələrdən aldığı məlumata görə, NATO-nun 2017-ci ildə Avropa Birliyinə (AB) üzv olmayan ölkələrlə əməkdaşlığını nəzərdə tutan proqram bloklanıb, o cümlədən siyasi tədbirlər, təhsil proqramları, layihələr və hərbi təlimlər təxirə salınır.

2 MİLYONA YAXIN ELEKTORAT

Türk rəsmiləri bu haqda məlumat verməyiblər.

Türkiyəni acıqlandıran AB ölkələrindən Almaniya və Hollandiyanın türklərin referendumöncəsi təbliğatına icazə verməməsidir. Aprelin 16-da Türkiyədə konstitusiyaya düzəlişlərlə bağlı səsvermə olacaq və Türkiyə liderləri türklərin çox olduğu Avropa ölkələrində də seçki kampaniyası aparmaq istəyirdilər.

Britaniyanın «The Daily Mail» qəzeti Hollandiyada 400 min, Almaniyada isə 1.4 milyon türkün yaşadığını, onların İstanbul, Ankara və İzmirdən sonra ən böyük elektorata sahib olduqlarını vurğulayır.(azadliq.org)

Amma Hollandiya keçən həftə Türkiyənin xarici işlər nazirinin təyyarəsinin enməsinə icazə vermədi, iki başqa türk nazirini də ölkəyə buraxmamaqla Ankaranı qəzəbləndirdi.

Rubrika.az
Geri qayıt