Əsas Səhifə > Hadisə > 1000 müəllimin diplomu saxta çıxdı
1000 müəllimin diplomu saxta çıxdı16-03-2017, 12:00 |
|
Təhsil Nazirliyi Azərbaycanda saxta və yaxud ixtisasına uyğun olmayan sənədlə işləyən müəllimlərin aşkarlanması istiqamətində mütəmadi araşdırmalar aparır. Nazirliyin Aparat rəhbəri Fariz Rzayev bildirib ki, 2015-ci ilin sentyabrında respublikanın müxtəlif şəhər və rayonlarında müəllim vəzifəsində çalışan, təhsil sənədi dövlət nümunəli olmayan 600-ə yaxın müəllim aşkarlanıb. Aparat rəhbərinin sözlərinə görə, onlarla bağlanmış əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri gözlənilməklə xitam verilməsi yerli təhsili idarəetmə orqanlarına tapşırılıb:(APA) “2016-cı ilin sonunda respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılarkən müəllimlərin təhsil sənədləri yoxlanılıb və 500-ə yaxın müəllimin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkarlanıb. Müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində hazırlıq işləri aparılır”. Rubrika.az Geri qayıt |