Əsas Səhifə > Hadisə > DTX-nın həbs etdiyi gömrük işçisi hansı deputatın qohumudur?

DTX-nın həbs etdiyi gömrük işçisi hansı deputatın qohumudur?


16-03-2017, 12:30
DTX-nın həbs etdiyi gömrük işçisi hansı deputatın qohumudur?

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidmətinin Bakı Hava Limanında keçirdiyi əməliyyatda Dövlət Gömrük Xidmətinin zabiti həbs edilib.

Bu barədə Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti mətbuat xidmətlərinin birgə məlumatında bildirilir. Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2017-ci il martın 8-də həyata keçirilmiş birgə tədbirlər nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə külli miqdarda – 190.000 (yüz doxsan min) ABŞ dolları məbləğində xarici valyuta və 132.207,52 manat dəyərində ümumi çəkisi 2 kq 279,44 qram təşkil edən 5 ədəd qızıl külçələrini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirərək “Heydər Əliyev” Beynəlxalq Hava Limanından təyyarə ilə Azərbaycandan Türkiyə Respublikasına aparmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları – Elvin Yusubov, Rəşad Nəsibov və onlarla əlbir olan gömrük əməkdaşı Kamran Əhmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.(Gununsesi.info)

Məlumatlı mənbədən əldə etdiyi xəbərdə qeyd olunur ki, əməliyyat 2 gün əvvəl baş tutub.2 kiloqram qızılı belinə bağlayan gömrük zabiti elə hava limanındaca qandallanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Məlumatda həbs edilən gömrükçünün Milli Məclis üzvlərindən birinin yaxın qohumu olduğu da qeyd olunur.

Xəbərlə bağlı Dövlət Təhülkəsizlik Xidmətinin və Dövlət Gömrük Komitəsinin mövqeyini öyrənməyə çalışsaq da hər iki qurumun mətbuat xidmətləri ilə danışmaq cəhdimiz baş tutmadı.

Gün ərzində adıçəkilən qurumların mövqeyini öyrənməyə çalışacağıq.

RUBRİKA.AZ
Geri qayıt