Əsas Səhifə > Hadisə > Gürcüstan prezidenti Rusiyanı ittiham etdi

Gürcüstan prezidenti Rusiyanı ittiham etdi


16-03-2017, 13:34
Gürcüstan prezidenti Rusiyanı ittiham etdi

Georgi Marqvelaşvili: “Gürcüstan nüvə dövləti olan Rusiya tərəfindən işğal olunub; millətlər nə qədər kor ola bilər ki, bunu görməsin?”

Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilən V Qlobal Bakı Forumu “Beynəlxalq Münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda müzakirələr keçirir. Qeyd edək ki, Forum sabah da öz işini davam etdirəcək.

Moderator, İsgəndəriyyə kitabxanasının direktoru, NGBM həmsədri İsmayıl Seragəldin forumun təşkilatçısına təşəkkür etdikdən sonra iştirakçıları salamladı və mövzu ətrafında müzakirələrlə əlaqədar növbəli qaydada iştirak edən 6 ölkənin prezidentinə söz verdi.

Monteneqro Respublikasının prezidenti Filip Vurjaneviç Öncə yüksək səviyyəli tədbirə görə, Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzinə təşəkkürünü bildiridi. Mövzu barədə çıxış edən prezident dedi ki, beynəlxalq münasibətlərin gələcəyi keçmiş təcrübəmizə və siyasi, elmi rəylərə əsaslanmalıdır.(musavat.com)
O, terror və digər problemlər nəticəsində qlobal problemlərin ortaya çıxdığını dedi. “Nizami Gəncəvi də şeirlərində yazırdı ki, insanlar və dövlətlər dəyərlərə hörmət etməklə əməkdaşlıq edə bilərlər”-prezident əlavə etdi.

Öz ölkəsi barədə danışan F.Vurjaneviç dedi ki, Monteneqro regionda bütün dövlətlər üçün yaxşı bir nümunə olacağına ümid edir.

“Biz dünyada baş verənlərdən ciddi şəkildə narahatıq. Amerikalılar hesab edirlər ki, bizə yardım edəcəklər. Hazırda elə bir nəzəriyyə yoxdur ki, bu təhlükənin aradan qaldırılması üçün ondan istifadə edək”. Bunu isə Makedoniya prezidenti Georgi İvanov söylədi. Prezident qeyd etdi ki, artıq II dünya mühüribəsi qaliblərinin yaratdığı təşkilatlar sıradan çıxır: “99 il əvvəl nəşr olunmuş bir kitab – Şpenqel tərəfindən yazılmış “Qərbin ağlı” kitabı bizə yardım edə, yol göstərə bilər. Orada proqnoz verilib ki, bu şəkildə davam etsə, dünyada nələr baş verəcək. Əks təqdirdə bu dünya yavaş-yavaş itib gedir. Kim ki kommunikasiya etmir, o, inkişafdan qalır”. “Biz 21-ci əsrin mediasının diktəsi altında yaşayırıq”-deyən prezident yeni dünyada işsizliyin əvvəlkindən daha çox olmasını ciddi problem saydı: “Ona görə də Avropanı çıxış yolları aramağa çağırdı. Əks təqdirdə Avropa hədəf olacaq, bir böhrandan digərinə keçəcək”.

Albaniya prezidenti Bujar Nişani dövlət başçıları və rəsmiləri üçün çox yaxşı imkan yaradıldığını bildirdi: “Albanlar olaraq biz inanırq ki, əhalisi və ərazisinin həcmindən asılı olmayaraq bütün ölkələr böyük töhfələr verə bilər. Məsələn, Albaniya kiçik bir ölkədir, amma min illik tarixi var. Roma imperiyası dövründən öz töhfələrini verib. II dünya müharibəsindən sonra aparıcı ölklələr inkişaf etdi. Amma Avropanın mərkəzində yerləşənmənim ölkəm təcrid olunduğu üçün inkişafdan geri qaldı. Sosializm dağıldıqdan sonra biz inkişaf edə bildik və hazırda sülhməramlı əməliyyatlarda iştirak ediridk. Biz etibar olunan bir ölkəyik”. “Biz Avropa İttifaqının dəyərlərinə yaxınlaşmaq barədə düşünməliyik. Bunun sayəsində sabitliyi bərqərar edə, nəticədə inkişaf edə bilərik”-deyə, o əlavə etdi. Həmçinin liderləri xalqları ilə geniş müzakirələrdən sonra addımlar atmağa çağırdı.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili təhlükəsizlik, sabitlik, beynəlxalq qurumların effektivliliyi ilə bağlı ideyaları bölüşdüyün söylədi: “30 il əvvəl bizim dünya ilə bağlı düşüncələrimiz daha optimist idi. Hesab edirdik ki, soyuq müharibənin başa çatması, dostluq, əməkdaşlıq üçün daha geniş imkan yaradacaq. Amma nikbinliyimiz özünü doğrultmadı. Bu gün dünyada kütləvi qırğınlar, müharibələr, ciddi problemlər var”. Gürcü prezident beynəlxalq əməkdaşlığın faydalı olduğuna inandığını qeyd etdi. Daha sonra Rusiyanın işğalçı siyasətindən bəhs etdi: “Gürcüstan nüvə dövləti olan Rusiya tərəfindən işğal olunub. Düzdür, bu işğal 2008-ci ildə olub. Amma bu proses daha əvvəl, 90-cı illərin əvvəllərində hibrid müharibə ilə başlayıb. Millətlər nə qədər kor ola bilər ki, bunu görməsin? Artıq Krımın işğalından sonra bu vəziyyətlə Ukraynada da şahid olmuşuq. Biz aqressiyanı pisləməliyik. Dünən Rusiya hökuməti işğal altındakı Sxinvali ilə bağlı növbəti qərar verib. Bununla presedent yaratmaq istəyir. Biz bu vəziyyətə kor qalmamalıyıq. Əgər biz qlobal dünyanı təhlükəsiz şəkildə saxlamaq istəyiriksə, hüququn aliliyinə inanmalıyıq. Biz Azərbaycan, Türkiyəyə açıq şəkildə müttəfiqlik təklif edirik. Gürcüstan inkişaf layihələri naminə əməkdaşlığa həmişə hazırdır”.

Latviya prezidenti Raimonds Vejonis dedi ki, təhlküəsizlik məsələsi təkcə Avropaya deyil, digər dünya ölkələrinə də təsir göstərir: “Bir-iki il əvvəlılə müqayisədə biz təhlükəsiz dünyada yaşamırıq. Qeyri-müəyyənlik, təhlükəsizliklə bağlı prioblemlər nəticəsində beynəlxalq münasibətlər də dəyişib. Bu isə beynəlxalq asayişə təhlükə törədir. Biz birlikdə işləməli və birgə mübarizə aparmalıyıq”.

Səudiyyə Ərəbistanı şahzadəsi, İslami Çalışmalar Mərkəzinin direktoru Turki Əl-Faisal də qlobal problemlərdən bəhs etdi. “Biz elə bir dünyada yaşayırıq ki, internet dünyanı həm yaxınlaşdırır, həm də ayırır”-deyən mərkəz rəhbəri bildirdi ki, BMT qərarlarını icrası üçün mexanizmlər düşünülməlidir. Bu mənada böyük dövlətlərin daha çox məsuliyyət daşıdığını vurğuladı.

Daha sonra çıxışlar ətrafında müzakirələr davam etdirildi.
Gürcüstan prezidedenti Georgi Marqvelaşvili BMT-nin qeyri-effektiv təkilat olması ilə bağlı fikirləri bölüşmədiyini bildirdi.

Rubrika.az
Geri qayıt