Əsas Səhifə > Səhiyyə > Gəncədə biabırçılıq: Təcili tibbi yardım çağırdı, yanğınsöndürən gəldi, xəstə öldü

Gəncədə biabırçılıq: Təcili tibbi yardım çağırdı, yanğınsöndürən gəldi, xəstə öldü


17-03-2017, 13:30
Gəncədə biabırçılıq: Təcili tibbi yardım çağırdı, yanğınsöndürən gəldi, xəstə öldü

Gəncə şəhərində qıcolma tutan şəxsin qohumları səhvən yanğın söndürənləri çağırıblar, xəstə ölüb

Şəhərin Məhsəti Gəncəvi qəsəbəsində yaşayan sakin qıcolma keçirib. Bu zaman onun yaxınları təcili yardım əvəzinə səhvən Föfqəladə Hallar Nazirliyinin 101 qaynar xəttinə zəng vuraraq hadisə yerinə yanğın söndürən maşın çağırıblar. Nazirliyin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsindən "Report"un qərb bürosuna verilən məlumata görə, çağrılış əsasında deyilən ünvana 4 yanğınsöndürən maşın göndərilib.

Daha sonra çağırışın səhvən olduğu məlum olub və hadisə yerinə təcili tibbi yardım çağrılıb. Təcili tibbi yardrım maşını hadisə yerinə gələnə qədər xəstə ölüb.

Rubrika.az
Geri qayıt