Əsas Səhifə > Hadisə > Sərkisyan dəfn edildi – terrorçu dəstənin üzvü ilə təntənəli vida mərasimi keçirildi

Sərkisyan dəfn edildi – terrorçu dəstənin üzvü ilə təntənəli vida mərasimi keçirildi


22-03-2017, 22:08
Sərkisyan dəfn edildi – terrorçu dəstənin üzvü ilə təntənəli vida mərasimi keçirildi

Bu gün İrəvanda “Sosna Tser” silahlı qruplaşmasının “çörəkdaşıyan”ı, ötən ilin yayında silahlıları ərzaqla təmin edərkən həbs edilən, martın 16-da isə müəmmalı şəkildə ölən

Artur Sərkisyanla vida mərasimi keçirilib.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, mərasimdə çoxsaylı vətəndaşlar, tanınmış mədəniyyət xadimləri və siyasətçilər iştirak edib. Toplaşanlar silahlı bandanın “çörəkdaşıyan”ını mərasim zalından Şaumyanski qəbristanlığına qədər alqışlarla (!) və “Artur ölməyib, artur həlak olub”,

“Çörəkdaşıyana eşq olsun” şüarları ilə müşayiət ediblər.

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan dəfn törəninə qatılanlar arasında olub.

İşğalçı, terrorizmi dəstəkləyən və onun çiçəklənməsi üçün münbit şərait yaradan Ermənistan hakimiyyəti ötən ilin yayında polis alayının binasını iki həftə ərzində zəbt edən, bir neçə nəfərin ölümünə və yaralanmasına bais olan silahlı bandanın üzvünə qəhrəmanlar sayağı vida və dəfn mərasimi keçirilməsinə şərait yaratmaqla növbəti dəfə mahiyyətini nümayiş etdirdi. Ancaq bu, seçkiöncəsi qorxudan da atılan bir addım sayıla bilər. Qeyd edək ki, martın 16-sında A.Sərksiyanın ölümündən sona İrəvanda fasiləsiz aksiyalar keçirilirdi.

Rubrika.az
Geri qayıt