Əsas Səhifə > Cəmiyyət > Ermənistan hərbçiləri Kəlbəcərdə qəzaya düşdü - 6 yaralı

Ermənistan hərbçiləri Kəlbəcərdə qəzaya düşdü - 6 yaralı


24-03-2017, 10:11
Ermənistan hərbçiləri Kəlbəcərdə qəzaya düşdü - 6 yaralı

Ermənistan ordusunun işğal altındakı Azərbaycan ərazisindəki hərbçiləri ağır qəzaya düşüb.

Rubrika.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Stok-Kəlbəcər yolunda baş verib. (Stok Ermənistanın Qexarkunski vilayətində kənddir-C.T.) Belə ki, Ermənistan ordusunun “Ural” maşını və Volkswagen Golf toqquşub. Nəticədə çox sayda yaralananlar var. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsun Ovannisyan deyib ki, yaralanan 10 nəfərdən 2-sinin vəziyyəti ağırdır. “Hazırda onları İrəvana aparırlar”, -nazirlik sözçüsü əlavə edib.

Nisbətən yüngül yaralılar isə Vardenis hospitalına çatdırılıb. Məlumatda deyilir ki, qəza nəticəsində hər iki maşın çevrilib. Volkswagen Golf isə 70 metr dərinlikdə olan dərəyə yuvarlanıb. Yaralılardan 6-sı işğal altındakı ərazilərimizdə müqavilə ilə xidmət edən hərbçilərdir.

Rubrika.az
Geri qayıt