Əsas Səhifə > Hadisə > Azərbaycanda bayram günlərində yol-nəqliyyat hadisələrində 6 nəfər ölüb
Azərbaycanda bayram günlərində yol-nəqliyyat hadisələrində 6 nəfər ölüb24-03-2017, 14:37 |
|
Azırbaycanda Novruz Bayramı günlərində qeydə alınan cinayətlərin sayı açıqlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mart ayının 20-də respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 76, martın 21-i 55, martın 22-i isə 61 cinayət faktı qeydə alınıb. Qeydə alınan 192 faktın 58-i “isti izlər”lə açılıb. Mart ayının 20-də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6, ayın 21-i 10, martın 22-i isə 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Məlumatda həmçinin qeyd olunub ki, ötən üç gün ərzində respublikanın avtomobil yollarında 14 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 30 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən üç gün ərzində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 77 nəfər tutulub. Rubrika.az Geri qayıt |