Əsas Səhifə > İdman > AFFA-dan cəzalar

AFFA-dan cəzalar


24-03-2017, 17:20
AFFA-dan cəzalar

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İK Topaz Premyer Liqanın 23-cü turunun oyunlarında baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.

Topaz Premyer Liqasının 23-cü turunun “Zirə” – “Qarabağ” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.(qol.az)

Oyunun 66-cı dəqiqəsində “Zirə”nin futbolçusu Akim Latifu ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Rubrika.az
Geri qayıt