Əsas Səhifə > Dünya > Kissincer: “Putin sizinçün Hitler deyil”
Kissincer: “Putin sizinçün Hitler deyil”28-03-2017, 14:13 |
|
Rusiyaya qarşı münasibətdə anlaşılmazlıq var. Bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Üçtərəfli Komissiyanın (Üçtərəfli Komissiya beynəlxalq təşkilatdır. Burada Şimali Amerika, Qərbi Avropa və Asiyadan olan siyasətçilər toplaşırlar – red.) iclasında çıxışı zamanı söyləyib. “Putin sizinçün Hitler deyil. Onun məqsədi öz ölkəsinin Sankt-Peterburqdan Vladivostoka qədər olan ərazidəki qürurunu yenidən bərpa etməkdir. Putini qlobal super qəddar şəxs kimi göstərmək yanlışdır. Qərb Rusiyanı məhv etmək üçün imkanlara sahibdir, amma unutmaq lazım deyil ki, bu toqquşma hər kəsin ziyanına olacaq”, – o bildirib. Rubrika.az Geri qayıt |