Əsas Səhifə > Dünya > Petrosyan: “O ərazilər Azərbaycana qaytarılmalıdır”

Petrosyan: “O ərazilər Azərbaycana qaytarılmalıdır”


29-03-2017, 15:30
Petrosyan: “O ərazilər Azərbaycana qaytarılmalıdır”

Dağlıq Qarabağ ətrafındakı ərazilər konflikt tərəflərinin hazırda üzərində danışıqlar apardıqları sənəd əsasında Azərbaycana qaytarılmalıdır.

Bunu “Kentron” televiziyasında çıxışı zamanı Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan söyləyib.

“Əgər biz bunu etməsək, o zaman nə vaxtsa bu torpaqları bizdən sanksiyalar yolu ilə geri alacaqlar. Dövlət gərək bunun üçün cəmiyyəti hazırlasın. Əgər Serj Sərkisyan bu yolla getsə, mən son ana qədər onun yanında olacağam”, – deyə o bildirib.

Rubrika.az
Geri qayıt