Əsas Səhifə > Şou Biznes > Aygün Kazımova Moskvaya niyə gedib?
Aygün Kazımova Moskvaya niyə gedib?30-03-2017, 16:09 |
![]() Xalq artisti payız aylarında verəcəyi solo konsertə hazırlaşır Xalq artisti Aygün Kazımova bu il səhnə yaradıcılığının 30 illik hesabat konsertinə hazırlaşır. İstiPress xəbər verir ki, bu ilin payız aylarında ölkənin ən böyük konsert salonu olan "Kristal Holl"da baş tutacaq şousuna hazırlaşan yerli şou biznesin divası məşqlər üçün Moskvaya səfər edib. Xalq artistinin konsertində Rusiyanın məşhur rəqs qrupları səhnədə şou göstərəcək. Onlarla məşq etməklə yanaşı, Aygün Kazımova Moskvada peşəkar vokal dərslərindən hazırlığa da gedib. Konsertindən danışan Aygün Kazımova bu konsertini dünya standartlarına uyğun layihə adlandırıb. Hətta konsertinin yüksək səviyyədə ərsəyə gəlmək üçün bir sıra peşəkar işçiləri bu layihəsinə cəlb edib. Belə ki, konsertin rejissor fransız, səs rejissoru ingilis, layihənin prodüseri isə gürcüdür. Rubrika.az Geri qayıt |