Əsas Səhifə > Dünya > İrəvanda seçki biabırçılığı

İrəvanda seçki biabırçılığı


3-04-2017, 07:00
İrəvanda seçki biabırçılığı

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan və Ermənistan parlamentinin spikeri Qalust Saakyanın əl izlərini seçki məntəqəsində quraşdırılan aparatlar tanımayıb.

Qanunvericiliyə əsasən, əl izi aparatda təsdiqlənəndən sonra seçici səsverməyə buraxılır. Petrosyan bu prosedurdan keçmək üçün bütün barmaqlarını aparata “göstərməli” olub, amma cəhdlər uğursuz alınıb. Buna baxmayaraq, seçki məntəqəsi üzvləri Petrosyana talon verməyə məcbur olublar və o, səsvermədə iştirak edib.

Ermənistan parlamentinin sədri Saakyan da eyni problemlərlə üzləşib, bir neçə dəqiqə müddətində problemin həllinə çalışılıb.

Erməni mediasının yazdığına görə, bu problem hər yerdə müşahidə edilir və əksər seçicilər seçki porsesindən kənarda qalır.

Siyasi müşahidəçilərin fikrincə, aparatlardakı bu “problemin” səbəbi Ermənistan hakimiyyətinin seçici fəallığının qarşısını almağa hesablanan düşünülmüş addımıdır. Belə ki, daha az seçici və istifadəsiz qalan bülleten saxtalaşdırma üçün geniş imkan yaradır.(axar.az)

Bundan əvvəl texniki aparat Prezident Sərkisyanın pasportunu bir neçə dəqiqə ərzində “tanımamışdı”.

Qeyd edək ki, Ermənistanda konstitusiya dəyişikliyindən sonra keçirilən bu seçki ilə ölkə parlament idarəetmə üsuluna keçəcək. Ermənistan parlamentində deputatların sayı 131-dən 105-ə qədər azaldılıb. Seçkidə 5 partiya və 4 blok iştirak edir. Partiyaların parlamentə düşməsi üçün baryer 5, siyasi blokların parlamentə düşməsi üçünsə 7 faizdir.

Rubrika.az
Geri qayıt