Əsas Səhifə > Hadisə > Peterburq metrosunda partlayışda 9 nəfər ölüb, 20 nəfər yaralanıb - RƏSMİ YENİLƏNİB
Peterburq metrosunda partlayışda 9 nəfər ölüb, 20 nəfər yaralanıb - RƏSMİ YENİLƏNİB4-04-2017, 10:16 |
![]() Rusiya Milli Antiterror Komitəsi (MAK) Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində ölənlərin və yaralananların sayını açıqlayıb. Rubrika.Az RİA Novosti-yə istinadən bildirir ki, MAK partlayış nəticəsində 9 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını təsdiqləyib. * * *16:47 Rusiya Baş prokurorluğu Sankt-Peterburq metrosunda baş vermiş partlayışlar barədə rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, “Texnologiya institutu” stansiyasının platformasında dayanarkən qatarın mərkəzi vaqonunda güclü partlayış baş verib. Ölənlər və yaralananlar var. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat qrupu, o cümlədən şəhərin baş prokuroru Sergey Livinenko gedib. Məlumatda hadisənin terror aktı olub-olmadığı haqda heç nə deyilmir. Kreml bildirir ki, prezident Vladimir Putin ölənlərin ailələrinə başsağlığı verib. O, hadisəni Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovla müzakirə edib. Hadisədən sonra metronun 8 stansiyasına giriş bağlanıb. RİA Novosti bildirir ki, vaqonda partlayıcı qurğu işə düşüb. Partlayıcı əldəqayırma olub və böyük gücə malik olmayıb. * * *16:26 Sankt-Peterburq metrosunda bir-birinin ardınca törədilən iki partlayış nəticəsində yaralananlar və ölənlər var. Ölənlərin sayı 10-a çatıb. Partlayışın təfərrüatları barədə məlumat yoxdur. Hadisənin terror aktı olub-olmadığı barədə rəsmi orqanlar hələ açıqlama verməyib. Partlayışlardan biri “Texnologiya institute” metrostansiyasında, digəri “Sena meydanı” stansiyasında baş verib. Birinci partlayışda azı 5 nəfər həlak olub, 50-dən çox adam yaralanıb. * * *16:06 Az əvvəl Rusiyanın Sankt-Peterburq şəhərinin “Sena meydanı” metrostansiyasnda partlayış baş verib. Bu barədə TASS xəbər verir. Partlayış nətiəsində yaralananlar var. REN TV hadisə yerindən foto yayıb və orada azı 7 yaralının olduğu görünür. Xəbər yenilənəcək. RUBRİKA.AZ Geri qayıt |