Əsas Səhifə > Gündəm > İlham Əliyev ölkənin yükünü daşıyır, bəs məmurlar nə iş görür?

İlham Əliyev ölkənin yükünü daşıyır, bəs məmurlar nə iş görür?


5-04-2017, 09:30
İlham Əliyev ölkənin yükünü daşıyır, bəs məmurlar nə iş görür?

Prezident İlham Əliyev ölkənin bütün yükünü çiyinləri üstündə daşıyır. Az qala ən kiçik problemə də dövlət başçısının göstərişi gözlənilir.

Ölkə rəhbəri xalqın maraqlarının müdafiəsi üçün hər gün yeni qərarlar, fərmanlar imzalayır, regionlara səfər edir, özbaşınalıqlarla bağlı ölçü götürülməsinə dair tapşırıqlar verir. Sanki ölkənin məmur ordusu qeybə çəkilib və onları Azərbaycanda baş verənlər maraqlandırmır.

İ.Əliyevin Müşviqin heykəlinin dağıdılmasından tutmuş bank sektoruna, manatın ucuzlaşmasından gömrük rüsumuna, əhalinin sosial problemlərinin həllindən bahalaşmaya qədər hər bir məsələdə vətəndaşın mövqeyindən çıxış etdiyini görmək olar.

Ancaq eyni sözləri bəzi nazirlər haqda söyləmək mümkün deyil və onların fəaliyyəti də belə götürəndə, prezidentin qərarlarına zidd gedir. Hər bir nazirin borcu xalqın dərdinə şərik olmaq və narazı vətəndaşları dinləməkdir.

Amma məmur ordusunun böyük bir qismi vətəndaşları süründürür, mətbuatda şikayətini tirajlamağa təhrik edir, haqqını pozur, bir çox hallarda hədə-qorxu gəlir.(politika.az)Azərbaycanda istisna nazirlər var ki, vətəndaşların müraciətlərinə olduqca həssasdır. İlk növbədə daxili işlər naziri Ramil Usubovu qeyd etmək olar ki, bu statistika Prezident Administrasiyasının rəsmi məlumatında da öz əksini tapıb.

Eyni zamanda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, Baş Prokuror Zakir Qaralov və müdafiə naziri Zakir Həsənov siyahıda liderlik edir.

İ.Əliyev islahatçı və reformist siyasətini gücləndirmək, böhran illərində izafi xərcləri azaltmaq, korrupsiyanın kökünün kəsilməsinə mane olan, tormozlayan qüvvələri hakimiyyətdən uzaqlaşdırmaq siyasətini qarşıda prioritet məsələlər kimi qoyub.

"Strateji Yol Xəritəsi”nin qəbul olunması, dövlət stukturlarında qənaət rejimi, icra hakimiyyətlərinə dotasiyaların kəsilməsi iqtisadi reformların mühüm istiqamətidirsə, digər tərəfdən kadr islahatları bunun ən mühüm tərəfləridir.

Hakimiyyətin gəncləşdirilməsi strategiyası bir neçə yüksək çinli məmurun vəzifəsini itirməsinə gətirib çıxara bilər. Onların “Şöhrət” və “Vətən xidmət” ordenləri ilə mükafatlandırılıb komandadan uzaqlaşdırılması planlaşdırılır.

İslahatçı komandada onlara yer olmadığı üçün ölkə başçısı hörmət-izzətlə sərəncamlarını verə bilər ki, bu da ciddi iqtidardaxili çəkişmələrə səbəb olmaz.

Eyni zamanda bir sıra struktur islahatları da məhz bu zaman gerçəkləşdiriləcək. Belə ki, bir-birini təkrarlayan hökumət qurumlarının bəzilərini ləğv edəcəyi, bəzilərinin isə birləşdiriləcəyi deyilir.

Prezident İlham Əliyev gənc islahatçılardan ibarət komandanın təşkili istiqamətində siyasətini möhkəmləndirəcək. Hakimiyyətin müxtəlif postlarında yerləşmiş məmur ordusu var ki, müasir texnoloji biliklərdən uzaqdır.

Rubrika.az
Geri qayıt