Əsas Səhifə > Dünya > Putinə məlumat verildi: hökumət başçısı həbs edildi

Putinə məlumat verildi: hökumət başçısı həbs edildi


5-04-2017, 10:35
Putinə məlumat verildi: hökumət başçısı həbs edildi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Udmurtiyanın başçısı Aleksandr Solovyevin həbsi haqda məlumatlandırılıb.

Rubrika.az RİA-ya istinadla xəbər verir ki, bu haqda məlumatı Putinin mətbuat katibi Dmitri Peskov verib.

Xatırladaq ki, Rusiyanın İstintaq Komitəsi Udmurtiya Respublikasının başçısı Aleksandr Solovyevlə bağlı cinayət işi qaldırıb. İstintaq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi (Rusiya Federasiyasında dövlət vəzifəsi tutan vəzifəli şəxslərin xüsusilə iri məbləğdə rüşvət alması) üzrə aparılır.

Solovyev istintaq fəaliyyətləri ilə bağlı Moskvaya aparılıb. İstintaqın versiyasına görə, Solovyev 2014-2016-cı illər ərzində Kama və Buy çayları üzərində körpü tikən təşkilatların nümayəndələrindən ümumilikdə 139 milyon rubl rüşvət alıb. Eyni zamanda ona kommersiya təşkilatlarında iştirakla əlaqədar olaraq 2,7 milyon rubl dəyərində "mükafat" verilib.

***

Moskvanın Basmannı Məhkəməsi Udmurtiya rəhbəri, 1950-ci il təvəllüdlü Aleksandr Solovyev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. İstinaq müddətində həbsdə yatacaq A.Solovyev barəsində bu qərarın onun istintaqa təsir edə bilməməsi üçün verildiyi açıqlanıb.

Xatırladaq ki, Putin artıq A.Solovyevi bu gün vəzifəsindən azad edib və onu yerinə Rusiya İctimai Palatasının katibi Aleksandr Breçalovu təyin edib.

RUBRİKA.AZ
Geri qayıt