Əsas Səhifə > Hadisə > Mədət Quliyev Putinlə görüşdü
Mədət Quliyev Putinlə görüşdü6-04-2017, 10:12 |
|
Rusiya Prezidenti Vladimir Putin Kremldə MDB ölkələrinin xüsusi xidmət orqanlarının başçılarını qəbul edib. Görüşdə əsas müzakirə mövzusu MDB ölkələrində təhlükəsizliyə əsas təhdid mütəşəkkil cinayətkarlıq, narkotrafik, həmçinin korrupsiya və digər məsələlər olub. Putin xüsusi xidmət orqanları rəhbərlərinə müraciət edərək, Rusiyanın MDB ölkələri ilə münasibətlərinin inkişaf etdirilməsindən məmnun olduğunu bildirib. O, həmçinin heç bir MDB ölkəsinin terror hücumundan siğortalanmadığını da söyləyib. Qeyd edək ki, bu görüşdə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyev də iştirak edib. Rubrika.az Geri qayıt |