Əsas Səhifə > Hadisə > Beylaqanda silahlı insident baş verib - Ölən var
Beylaqanda silahlı insident baş verib - Ölən var6-04-2017, 11:07 |
![]() Beyləqan rayonunda güllələnmə hadisəsi baş verib. Beyləqan rayon prokurorluğundan verilən məlumata görə, hadisə rayonun SMD-4 qəsəbəsində baş verib. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Zalov Malik Əbdülhüseyn oğlu küçədə odlu silahla güllələnib. Yaralı ağır vəziyyətdə Beyləqan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1958-ci il təvəllüdlü Mirzəyev Nadir Qəzəb oğlu saxlanılıb. Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cintayət işi başlanıb. Rubrika.az Geri qayıt |