Əsas Səhifə > Qalmaqal > Müharibə başlayır: Moskva İrəvanı razı sala biləcəkmi?

Müharibə başlayır: Moskva İrəvanı razı sala biləcəkmi?


7-04-2017, 10:07
Müharibə başlayır: Moskva İrəvanı razı sala biləcəkmi?

Ermənistanda Rusiya yönlü rəhbərlərin hakimiyyətə gətirilməsi bir çox mətləblərdən xəbər verir. Həmin dəstənin tərkibinə baxsaq, görərik ki, Qarabağ klanının rəhbəri olan separatçılar, Moskvanın biznes ortağı Çarukyan və millətçi Daşnaksütyun Partiyasının birləşməsi müharibə partiyası anlamına gəlir.

Bu sözləri açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, bu üç partiyanın birləşməsi Dağlıq Qarabağda status-kvonun saxlanılması deməkdir, eyni zamanda, Rusiyanın vassalına çevrilmək üçün yeni bir məkandır:

“Parlamentdə fraksiyalar yaradılandan sonra Rusiya tərəfindən Sərkisyanın baş nazir postuna, onun yerinə isə Karen Karapetyanın prezident gətirilməsi mümkündür. Artıq Ermənistanda xalqın rəyinə məhəl qoyulmur. Əgər bu gün müharibə partiyası hakimiyyətdə rəhbər vəzifə tutacaqsa və erməni əsgərləri Azərbaycan ərazilərində həlak olacaqsa, deməli, onları maraqlandıran yalnız hakimiyyətdir. Ermənilər ərazi iddiları ilə dünyanın gözü qarşısında beynəlxalq hüquqa məhəl qoymurlar. Ermənistan hakimiyyəti işini məhz bu istiqamətdə davam etdirəcək. Nəticədə emmiqrasiya sürətlənəcək, ölkə daxilində iğtişaşlar qaçılmaz olacaq. Bu, o anlama gəlir ki, Azərbaycan diplomatik siyasətindən sonra öz hərbi potensialına güvənərək Qarabağ problemini həll etmək məcburiyyətində qala bilər. Bunu dünya ictimaiyyəti, ilk növbədə isə ABŞ, Fransa və Rusiya başa düşməlidir”.(axar.az)

Politoloqun fikrincə, Rusiya Ermənistana öz yerini göstərməyənədək Sərkisyan bu oyuna davam edəcək:

“Moskvanın İrəvanı yola gətirməsi isə müşkül məsələdir. Ermənilər hazırkı hakimiyyətin əlindən qurtulmaq üçün Qərb istiqamətini də seçə bilərlər. Sərkisyan gözəl başa düşür ki, hakimiyyətdən getsə, bu, onun fiziki məhvinə, yaxud hərbi tribunallar qarşısında törətdiyi cinayətlərə görə cavab verməsinə gətirib çıxara bilər”.

Rubrika.az
Geri qayıt