Əsas Səhifə > Qalmaqal > Ziya Məmmədov və Tahir Quliyevin vəzifə planı... DİN əməkdaşı hansı yola "biznes"men olub - ŞOK İDDİA
Ziya Məmmədov və Tahir Quliyevin vəzifə planı... DİN əməkdaşı hansı yola "biznes"men olub - ŞOK İDDİA8-04-2017, 11:46 |
![]() Oğuz rayon sakini tərəfindən redaksiyamıza ilginc məlumat ünvanlanıb. Belə ki, keçmiş Nəqliyyat nazir və onun hakimiyyət daxilində olan kadrları və yeni həmlələri ilə bağlı bildikləri bütün detalları yazıb. Bildiyiniz kimi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin çıxışları zamanı dövlət məmurlarının bizneslə məşğul olması tamamilə qadağan etdiyini vurğulamışdır. Oğuz sakinin iddiasına görə Rayon polis idarəsinin yeni təyin edilmiş rəisi T.Quliyevin barəsində ilginc iddialar səslənməkdədir. T.Quliyevin dövlət quluğunda olduğu halda Bərdə rayonunda mülklərinin olması ilə bağlı vətəndaş iddiası var. Məqaləni dərc etməmişdən öncə T.Quliyevlə əlaqə saxlamağa cəhd etdik amma təəssüflər olsun ki cəhdlərimiz boşa çıxdı. Dövlət quluqçusunun məhs biznes şəbəkəsinin sahib olması iddiası və bu biznesin hansı yollarla bu günə kimi gizlədildiyini araşdırmaqda davam edirik. Oğuz sakini Mehman Quliyev rayona yeni təyin olunmuş Polis rəisinində məhs Ziya Məmmədova sadiq kadrlardan olduğunu qeyd etməkdədir. Vətəndaşın redaksiyamıza ünvanladığı məktubu olduğu kimi sizlərə təqdim edirik: "Keçmiş Nəqliyyat Naziri Ziya Məmmədov yerlərdə yüksək vəzifə tutan kadrlarını digər kadrları ilə əvəz etdirmək üçün aldadıcı taktikalardan istifadə edib başqalarının əli ilə yuxarılarla dil tapmağa səylər göstərir.Hazırda Ucar, Quba və Goranboy rayonlarının icra başçısları keçmiş Nəqliyyat Nazirinin kadrlarıdır.Həmin rayonları əldən verməmək üçün bir kadrının digəri ilə əvəz olunması istiqamətində işlərə girişən Ziya Məmmədov ona yaxın olan Oğuz Rayon Polis Şöbəsinin rəisi Tahir Quliyevi Ucar Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə gətirmək planını rellaşdırmaq istəyir.(BakuNews)Tahir Quliyevin Ziya Məmmədovun ən sadiq kadrlarındandır. Ancaq Oğuzun polis rəisi T.Quliyev Z.Məmmədovun ən sadiq kadrlarındandır ki, ailəvi dostuqlar indi də davam etməkdədir. Bir neçə gün öncə görüşən dostlar razılığa gəliblər ki, keçmiş nazirin maliyyə dəstəyi hesabına polis rəisi Tahir Quliyev şəxsi kanalları ilə Ucar Rayon İcra başçısı vəzifəsinə gələ bilsin. Burada keçmiş nazirin məqsədi nəyin bahasına olur-olsun doğulduğu rayonu əldən verməməkdir. Tahir Quliyev 6 il (2009-2015) Ucar Rayon Polis Şöbəsinin rəisi işləyib oradan Oğuzun polis rəisi vəzifəsinə təyin edilmişdir. Tahir Quliyev DİN-in aeroportdakı şöbəsinin rəisi vəzifəsində işləyən zaman Əliağa Hüseynova məxsus olan 100 milyon dolların ölkədən çıxarılması əməliyyatında iştirak etdiyi üçün MTN tərəfindən saxlanılmışdır.Həmin zaman Ziya Məmmədov qudası Əliağa Hüseynova görə onun canını həbs edilməkdən qurtarıb öz kurasiyasında olan Ucar RPŞ-nin rəisi vəzifəsinə gətirmişdir. Tahir Quliyevin yaş senzi bir-neçə ildir ki, ötsədə Ziya Məmmədovun köməyi nəticəsində hələdə polis rəisi vəzifəsində işləyir. Tahir Quliyev yaxın vaxtlarda Ucara icra başçıs vəzifəsinə təyin olunacağı barədə yaxın ətrafına danışıb və rayonda vəzifə bölgüsü siyahısını da tərtib edib. Tahir Quliyevin bütün fəaliyyəti ancaq nöqsanlı olmuşdur. Cəmiyyətdə o vəzifəli şəxs kimi yox komersant kimi qəbul olunur.Tahir Quliyevin etdiyi açıq hörmətsizliyi indiyə qədər heç bir vəzifəli edə bilməmişdir.Bərdə rayonundakı "Qızıl Balıq" restoranının qarşısında yerləşən mərhum prezident Heydər Əliyevin böyük portretinin üzərinə restoranın adı olan şəkili yapıdırmışdı.Əslən Bərdədən olan Tahir Quliyevin həmin rayonda 2 böyük quşçuluq broyleri, on min baş mal-qoyun ferması, yüzlərlə hektar torpaq sahələri , yanacaq doldurma məntəqəsi və sairə obyektləri var. Qeyd edim ki, Azərbaycanda polis rəisliyindən icra başçıs vəzifələrinə təyinatları ilk dəfə Ziya Məmmədovun qohumları ediblər. .2004-cü il tarixdə Ərzuman Əliyev Göyçay RPŞ-nin rəisi vəzifəsindən Quba rayon icra başçıs, Yaşar Məmmədov isə 2009-cu il tarixdə Ağdaş RPŞ-nin rəisi vəzifəsindən Ucar rayon icra başçıs vəzifəsinə təyin edilmişdilər.İndi vurulmuş Ziya Məmmədov köhnə ənənəsini davam etdirmək həvəsi ilə Tahir Quliyevi aldadıcı taktika ilə Ucar rayon icra başçısı vəzifəsinə gətirməyə çalışır. Rubrika.Az Geri qayıt |