Əsas Səhifə > Təhsil > Azərbaycanda təhsili RÜŞVƏT BATAQLIĞINA ÇEVİRƏNLƏR...

Azərbaycanda təhsili RÜŞVƏT BATAQLIĞINA ÇEVİRƏNLƏR...


13-04-2017, 12:22
Azərbaycanda təhsili RÜŞVƏT BATAQLIĞINA ÇEVİRƏNLƏR...

Təhsil inkişafdı, təhsil gələcəkdi, təhsil ümüddir. Çox təəssüf ki, bizim təhsilimiz üçün bunu demək mümükün deyil. Buna əsas səbəb isə saytımıza müraciət edən valideyinlərin şikayəti deməyə əsas verir. Belə ki, övladları Tərtər rayonu 2 saylı məktəb-liseydə təhsil alan bir qrup valdeynlər artıq dərdlərinə dərman axtarırlar.

Onlar da övladlarının normal təhsil almasını istəyirlər. Bu isə mümkünsüzdür. Xüsusən də rayonlarımızda yerləşən, fəaliyyət gösdərən məktəblər barəsində belə deməyə əsas var. Halbu ki, ölkə başçısının müvafiq fərmən və sərəncamlarına əsasən regionlarımızın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, inkişafı üçün imzaladığı sərəncamlar bu xüsusda mühüm rol oynayır. Son dövrlər təhsilimizə gösdərilən qayğı və diqqət isə xüsusi vurğulnmalıdır. Ancaq buna baxmayaraq, təhsilimizə də qara ləkə gətirən rayon təhsil şöbələri və məktəb direktorları da az deyil. Tərtər rayonu 2 saylı məktəb-liseydə olduğu kimi.(bakunews)Məktəbin direktoru Əkbərova Gülarə Əkbər qızı iddia edir ki, O, aldığı pulları rayon icra başçısına və bir başa təhsil şöbəsinin rəhbəri Surxay Mirzəyevə verir. Onun da arxasında bu iki səlahiyyət sahibi dayanıb ki, onların sayəsində 2 saylı məktəb-liseydə Gülarə Əkbərova at oynada bilib.

Hal-hazırda həm 2 həm də 1 saylıda...

Övladları Tərtər rayonu 2 saylı məktəb –liseydə təhsil alan valideyinlər məktəbdəki vəziyyətdən, övladlarının tədrisindən, hər gün min-bir adla onlardan alınan pullardan cana doyduqlarını bildirirlər. Məkətəb direktoru Ələkbərova Gülarənin 2 saylı məktəb-liseyi öz “qazanc mənəyinə” çevirməyi isə heç kimə sirr deyil. Ən yaxşı halda isə yığdığı pulları rayon icra başçısı Müstəqim Məmmədov və Tərtət rayonu təhsil şöbəsinin rəhbəri Surxay Mirzəyevin tapşırığı əsasında etdiyini bildirir. Başı ancaq pul yığmağa qarışan Gülarə Ələkbərova yaddan çıxardıb ki, artıq tədris ili başa çatmaq üzrədir. Məktəbdə dərs tədris olunmalıdır. Ancaq nə faydası var.

Məktəbdə yaradılan ab-hava məktəbin tədris mərkəzi deyil rüşvət yuvası olmasından xəbər verir.

Bütün bu olanlar övladları bu məktəbdə oxuyan valideyinləri də cana gətirib. Onlar da bu vəziyyətdən çıxış yolu axdarırlar. Tezliklə adiyyəti üzrə qurumlardan onların dərdlərinə əlac olunmasını istəyirlər. Əgər kimsə bizə köməklik edib, bizi bu vəziyyətdən çıxartmasa, olanlara dur deməsə, vəziyyət daha da acınacaqlı hal alacaq. Daha təhsildən belə söz gedə bilməz. Çünki təhsil deyə bir anlayış Tərtər rayonu 2 saylı məktəb-lisey üçün yad anlayışdır. İnanırıq ki, yaxın zaman kəsiyində adiyyəti üzrə qurumlar Ələkbərova Gülarə və onun direktoru olduğu “ özünün gəlir mənməyi” hesab etdiyi 2 saylı məktəb-liseyin fəaliyyətinə lazım olan ölçünü götürəcəklər....

Rubrika.Az
Geri qayıt