Əsas Səhifə > Qanun > Elmar Məmmədyarov Polşaya getdi
Elmar Məmmədyarov Polşaya getdi10-04-2017, 10:13 |
![]() Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfərə yola düşüb. Rubrika.Az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, səfər çərçivəsində E.Məmmədyarov Polşa xarici işlər naziri Vitold Vaşçıkovski və digər rəsmi şəxslərlə görüşəcək. Azərbaycanın XİN başçısı Polşaya səfər əsnasında aprelin 12-də Varşavada keçiriləcək Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edəcək. Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası çərçivəsində E.Məmmədyarovun ikitərəfli görüşləri və çıxışı nəzərdə tutulub Rubrika.Az Geri qayıt |