Əsas Səhifə > Hadisə > Daha bir İcra başçısından cırılmış bayrağımıza laqeyd münasibət - "Bayraq cırıq formada da dalğalanır" (FOTO)
Daha bir İcra başçısından cırılmış bayrağımıza laqeyd münasibət - "Bayraq cırıq formada da dalğalanır" (FOTO)10-04-2017, 18:46 |
|
Tovuz rayonunda Azərbaycan bayrağına qarşı hörmətsizlik nümayiş etdirilir. Bu barədə rayon sakinləri məlumat verib. Bildirilib ki, rayonun Bayraq Meydanı adlanan ərazisində dalğalanan üçrəngli bayrağın bir hissəsi 3 gündür, cırılıb. Lakin rayonun icra hakimiyyətinin əməkdaşları bayraqla bağlı bir tədbir görmək haqqında fikirləşmir:(Bakipost)"Hər gün buradan keçirlər. Amma heç biri başını qaldırıb bayrağa baxmır. Ya da baxırlar, veclərinə deyil. Bayraq necəsə olub, cırılıb və elə o formada da dalğalanır. Dövlət rəmzinə qarşı bu nə hörmətsizlikdir? Biz bu məsələni işıqlandırmasaq, inanın ki, bəlkə elə 1 il də orada bu formada qalacaq”. Rubrika.Az Geri qayıt |