Əsas Səhifə > Hadisə > Samir Nuriyev: "İlk sosial mənzillər gələn ilin yayında təhvil veriləcək"
Samir Nuriyev: "İlk sosial mənzillər gələn ilin yayında təhvil veriləcək"11-04-2017, 13:53 |
![]() Azərbaycanda ilk sosial mənzillərin 2018-ci ilin yay aylarında təhvil verilməsi planlaşdırılır. bunu jurnalistlərə açıqlamasında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktoru Samir Nuriyev deyib. S.Nuriyevin sözlərinə görə, artıq bu ilin may ayından etibarən elektron qeydiyyata başlanacaq: "May ayından etibarən sosial mənzillərin əldə edilməsi üçün elektron qaydada qeydiyyat başalayacaq. Bir otaqlı mənzillərin aylıq ödənişi 130-150 manat civarında olacaq".(Report) MİDA rəhbəri deyib ki, Hövsan layihəsi üzrə də layihələndirmə işləri yekunlaşmaq üzrədir: "Həmin ərazidə 20 hektar torpaq ayrılıb. Bu isə bütün normalara uyğun 3 000 mənzilin tikilməsinə şərait yaradır". Rubrika.Az Geri qayıt |