Əsas Səhifə > Hadisə > Prezident İlham Əliyev Abdullah Gülü qəbul edib
Prezident İlham Əliyev Abdullah Gülü qəbul edib11-04-2017, 18:23 |
![]() Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyə Respublikasının sabiq dövlət başçısı Abdullah Gülü qəbul edib. Rubrika.Az-ın APA-ya istinadən məlumatına görə, dövlət başçısı Türkiyə Respublikasının sabiq prezidenti Abdullah Güllə Bakıda, Türkiyədə və başqa ölkələrdə keçirdiyi görüşləri məmnunluqla xatırladıb. "Azərbaycan hər zaman bizim qəlbimizdə, könlümüzdədir”, - deyən Türkiyə Respublikasının sabiq prezidenti Abdullah Gül Türkiyədə baş nazir və prezidentlərin, o cümlədən özünün də ilk xarici səfərlərini Azərbaycana etməsindən məmnunluğunu ifadə edib. Abdullah Gül ölkəmizə hər gəlişi zamanı Azərbaycanın sürətli inkişaf etdiyinin və daha da gözəlləşdiyinin şahidi olduğunu deyib. Öz növbəsində dövlət başçısı kimi ilk rəsmi səfərlərini Türkiyəyə həyata keçirdiyini məmnunluqla qeyd edən prezident İlham Əliyev yüksək rütbəli dövlət məmurlarının da ənənəvi olaraq bu cür qarşılıqlı səfərlərinin önəmini vurğulayıb. Söhbət zamanı dövlət başçısı son bir neçə ildə Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlarla bağlı məlumatları diqqətə çatdırıb. rubrika.az Geri qayıt |