Əsas Səhifə > Manşet > Ağdam təhsilinin “Mətanət Misirxanova problemi”

Ağdam təhsilinin “Mətanət Misirxanova problemi”


12-04-2017, 13:33
Ağdam təhsilinin “Mətanət Misirxanova problemi”

Onun Təhsil Nazirliyinin Daxili Nəzarət idarəsinin Ağdam rayonundakı əməkdaşı Məhəmməd Aslanovla iş birliyi təhsil sistemini məhv edir

Rüşvətxorluğun, korrupsiyanın bütün sahələrdə özünə yuva qurduğu məlumdur. Dövlət başçısı hər zaman bu mənfur əməllərə qarşı sərt mövqe sərgiləyir, məmurları qanunlar çərçivəsində işləməyə çağırır. Lakin, bir çox gözlərini pul tutan vəzifə sahibləri dövlət başçısının göstərişlərinə məhəl qoymadan öz əməllərini davam etdirirlər.

Bu gün Ağdam rayon təhsili tamamilə rüşvətin, korrupsiyanın əsarətində məhv olur. Rayondan verilən məlumatlardan aydın olur ki, Təhsil şöbəsinin rəhbərliyi ancaq “aylıq haqq” toplamaqla məşğuldur. Rubrika.az-a verilən xəbərlərə görə artıq rayonda fəaliyyət göstərən məktəb direktorları bu şərtlər altında işləməyin mümkünsüz olduğunu bildirirlər. Rayon təhsil şöbəsinin müdiri Mətanət Misirxanovanın qanunsuz əməlləri artıq sərhədd tanımır. Az qala təhsil işçilşərinin aldığı nəfəsə görə də rüşvət tələb edən M.Misirxanova bütün bayramların, dövlət tədbirlərinin “xərcini” məktəblərdən çıxardır. Xüsusilə mart ayı bayramlarla zəngin olduğu üçün məktəb direktorlarına elə bir “toy tutlub” ki, hələ də özlərinə gələ bilməyiblər.

Rubrika.az bildirir ki, verilən xəbərlərə görə martın 8-də hər bir məktəbdən 500 manatdan pul yığılıb: “135 məktəbdən 500 manat yığılanda , 67 min 500 manat edir. Bir dəfəyə bu qədər yığılan pul fantastikadır. Bir ay ərzində 87 min 750 manat rüşvət…”

Şikayətçi direktor heyəti bildirir ki , mart ayı üçün rüşvət bununla yekunlaşmayıb. Bir həftə keçməmiş 150 manat yığılmağa başlayıb :” Üstündən bir həftə keçməyinə imkan vermədilər. Qoymadılar nəfəs alaq. Mətanət müəllimə bizi çağırdı ki , Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov , quruculuq və abadlıq işləri üçün 150 manatdan pul yığılmasını tələb edir. Hər direktor verməlidir. Bu da 135 məktəbdən 150 manatla , 20 min 250 manat edir. Rüşvətdən və özbaşınalıqdan cana doymuşuq. Bilmirik evimizə bir tikə çörək aparaq yoxsa bunların cibini dolduraq”.

Narazı direktorlar əlavə edir ki, artıq aprelin rüşvət planı da hazırlanıb. Belə ki , aprel ayında məktəb direktorlarının işə qəbulu keçiriləcək. Həmin direktorlara Rayon İcra Hakimiyyəti tərəfindən rəy veriləcək. Rəyin qiyməti isə 200 manat məbləğində rüşvətlə müəyyən edilib.Qeydiyyata alınan namizədlər isə 40 nəfərdir. Bu isə 8 min manat edir. Buradan belə nəticəyə gəlmək olar ki, direktorlara işə girməmişdən qabaq, rüşvətxorluq aşılanır.

Direktorlarin bildirdiyinə görə M. Misirxanova etdiyi əməlləri heç də təkbaşına həyata keçirmir.

” Mətanət Misirxanova Təhsil Nazirliyinin Daxili Nəzarət idarəsinin Ağdam rayonundakı əməkdaşı Məhəmməd Aslanovla iş birliyi əsasında “soyğunçuluğu” həyata keçirir. Məktəbimizdə saxtakarlığın olduğunu deyir və bu əsasla

Məhəmməd Aslanovu üstümüzə göndərir. O da gəlib biabırçı formada yoxlama adı ilə bizi təhqir eliyir. Onun apardığı yoxlama isə heç bir normaya sığmır. Yoxlama adı ciblərimizi yoxlayır. Qadınların çantasını, kişilərin corablarını yoxlayır. Dünyanın heç yerində belə bir hal görülməyib. Bu adam bizim şərəfimizlə, ləyaqətimizlə oynayır. Mətanət Misirxanovaya Məhəmməd Aslanovun elədikləri ilə bağlı məlumat veririk. O da deyir ki, 5000-10000 gətirin verim ona, sizdən əl çəksin”.

Göründüyü kimi xalqın gələcəyi ilə bilavasitə bağlı olan təhsil sistemini bazaar qanunları ilə idarə edən Ağdam təhsilinin rəhbər heyyəti ölkə qanunlarına məhəl qoymur. Tezliklə Təhsil Nazirliyi bu dəhşətli vəziyyətə son qoymazsa Ağdamda təhsil sistemi ancaq xoş xatirələrə çevriləcək. Təbii ki, bu sahədən milyonlar qazananların xatirələrinə…

Rubrika.az
Geri qayıt