Əsas Səhifə > Hadisə > 2017-ci ilin bahalaşma dalğası gəlir: Hansı məhsulların qiyməti qalxacaq? - Təcili

2017-ci ilin bahalaşma dalğası gəlir: Hansı məhsulların qiyməti qalxacaq? - Təcili


13-04-2017, 13:30
2017-ci ilin bahalaşma dalğası gəlir: Hansı məhsulların qiyməti qalxacaq? - Təcili

Azərbaycanda 2017-ci ilin yeni bahalaşma dalğası yaxınlaşır

Yaxın vaxtlarda ərzaq məhsullarında qiymət artımı müşahidə olunacaq.

Qiymət artımının səbəbi istehsalın az olması və inhisarçılıqla bağlıdır. Azərbaycanda idxal inhisardadır. Əgər ölkəmizdə idxal inhisarda olmasa, digər ölkələrdən ölkəmizə ucuz mal-məhsul gətirilər və qiymət aşağı düşər.

Həmçinin istehsalın az olması ölkədə tələbata uyğun malın-məhsulun istehsal olmaması, mal çatışmamazlığı yaradır. Bu haldan da istifadə edirlər.

Azərbaycanda idxal ciddi şəkildə artıb. Məsələn 2.5 dəfə ət, 2.2 dəfə süd, 4.5 dəfə diri kəsim üçün gətirilən heyvanın idxalı artıb.

Yəni keçən il istehsalın artıq göstərilməsi, həmçinin idxalın da artımı, digər tərəfdən də ölkədə həm də alıcılıq qabliyyətinin aşağı düşməsi qiymətləri ciddi şəkildə endirməli idi. Amma qiymətlər enmədi ona görə ki, keçə il az məhsul istehsal olunub

Xəbərdə deyilir ki, yaxın zamanlarda dollar yenə bahalaşacaq. Buna görə də malın-məhsulun qiymətlərin aşağı endirmirlər.

Belə davam edərsə, ciddi mal qıtlığı yarana bilər. Bu da malı-məhsulun qiymətinə çox ciddi təsir edə bilər.

Yəni yaxın zamanlarda bəzi ərzaq mallarının qiyməti sıçrayışla qalxa bilər. Məsələn, pomidor, xiyar, kartof, süd, ət və toyuq məhsulları yenidən bahalaşa bilər.

Eyni zamanda yay mövsümündə badımcan, bibər, meyvə-tərəvəz məhsullarının da ucuz olacağı gözlənilmir.

Habelə, tezliklə yerli toyuq məhsullarının və kərə yağının, ağartı məhsullarının qiymətində artım qeydə alınacağı proqnoz verilir.

Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin qiyməti yüksəlib.

Kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın da qiyməti artıb.
Habelə, kərə, bitki yağlarının, şəkər, şəkər tozunun, qəhvə, çay və kakaonun da qiymətinin artdığı bildirilir.

Bundan başqa, almanın, armudun, heyvanın, narın, portağalın, naringinin, bananın, kələmin, göyərtinin, pomidorun, xiyarın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun qiymətlərində də bahalaşma müşahidə olunub.

2017-ci ilin yanvarında 2016-cı ilin dekabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların qiymətində də artım baş verib.

Manatın devalvasiyasına görə Azərbaycana idxal olunan Aİ-95 Premium və Aİ 98 Super markalı benzinin qiyməti fevralın 1-dən bahalaşdı. Bu da bazarlrda qiymətlərə təsir etdi.

Rubrika.Az
Geri qayıt