Əsas Səhifə > Hadisə > Azərbaycanda dəhşətli qəza: avtobus aşdı, 10 nəfər yaralandı
Azərbaycanda dəhşətli qəza: avtobus aşdı, 10 nəfər yaralandı13-04-2017, 14:40 |
|
Bu barədə Quba rayon Mərkəzi xəstəxanasından məlumat verilib. Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 10 nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 7 nəfərinə ilkin tibbi yardım göstərilərək ambulator müayinəyə buraxılsa da, 3 nəfərin vəziyyəti orta-ağır olduğundan onlar xəstəxanaya yerləşdiriliblər. Qeyd edək ki, hadisə Bakı-Quba yolunun 173-cü km-də, Quba-Atuc istiqamətində baş verib. Quba rayon sakini Ramin Məmmədovun idarə etdiyi "Mercedes” markalı mikroavtobus yoldan çıxaraq aşıb. Rubrika.Az Geri qayıt |