Əsas Səhifə > Hadisə > Qubada dərəyə aşan mikroavtobusda yaralananların adları - SİYAHI
Qubada dərəyə aşan mikroavtobusda yaralananların adları - SİYAHI13-04-2017, 16:35 |
|
Quba rayonunda dərəyə aşan mikroavtobusda yaralananların adları məlum olub. Quba Rayon Mərkəzi Xəstəxanasının məlumatına görə hadisə nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır: "Avtoqəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan dörd nəfər xəstəxanaya gətirilib. Onlardan birinə ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib. Digər üç yaralı - Quba rayon sakinləri, 1990-cı il təvəllüdlü Ürfan Ürfulla oğlu Həmidovun, 1989-cu il təvəllüdlü Eldar Sarıb oğlu Qədimovun və 1972-ci il təvəllüdlü Hürriyyət Rəhman qızı Teyyubovanın vəziyyətləri ağır olduğu üçün xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib". Quba rayonunda mikroavtobus dərəyə aşıb, yaralılar var. Hadisə Bakı-Quba yolunun 173-cü km-də, rayonun Atuc kəndi ərazisindən keçən hissəsində sərnişin avtobusu dərəyə aşıb. Qəza nəticəsində avtobusda 8 nəfər olub, onlardan 4-ü yaralanıb. Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Rubrika.Az Geri qayıt |