Əsas Səhifə > Hadisə > Dollar bir az da ucuzlaşdı - Mərkəzi Bank hərrac keçirdi
Dollar bir az da ucuzlaşdı - Mərkəzi Bank hərrac keçirdi13-04-2017, 16:41 |
![]() Bu gün Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun da iştirakı ilə növbəti valyuta hərracı keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7026 səviyyəsində formalaşıb. Xatırladaq ki, bundan əvvəlki hərracda dolların məzənnəsi 1,7029 olub. Beləliklə, artıq 4-cü hərracdır ki, manat dollara qarşı mövqeyini möhkəmləndirir. Onu da qeyd edək ki, Dövlət Neft Fondu hərraca bu dəfə də 35 milyon dollar çıxarıb. Rubrika.Az Geri qayıt |