Əsas Səhifə > Hadisə > Ölkədən çıxan pullara nəzarət güclənir
Ölkədən çıxan pullara nəzarət güclənir14-04-2017, 12:56 |
![]() Hakimiyyət qaykaları bərkidir. İqtidar yeni iqtisadi strategiyasında prioritet məsələ kimi ölkədən offşor zonalara kapital çıxarılmasının qarşısını almağı hədəfləyib Bunun birmənalı şəkildə həlli mümkün olmasa da, müəyyən qədər məhdudiyyət qoyulması imkanları var. Ona görə də 2018-ci ilin sonuna qədər ölkədə xaricə pul çıxarılması və eyni zamanda daxilolmalara ciddi şəkildə nəzarət olunacaq. Bu barədə mötəbər qaynaqlardan verilən məlumata görə, 2018-ci ilin axırına qədər maliyyə sabitliyinin yaradılması, kapitala tam nəzarət, pulların hara və niyə sərf olunmasında şəffaflığın təmin olunması nəzərdə tutulur. Rəsmi və qanun şəklində ölkədən çıxan pullara nəzarət var. Azərbaycanda pulu olan oliqarxlardır. O oliqarxların qarşısında da nə gömrük, nə də başqa bir qurum dayana bilir. Onlar istədiyi vaxt istədikləri qədər vəsaiti ölkədən çıxarda bilirlər. Bunu təcrübə göstərir. Beynəlxalq Bankın məhkəmə materialları ilə tanış olmaq bəs edir ki, bu barədə fikir sahibi olasan. Kifayət qədər vəsait çıxarılıb, amma dövlət sərhədindən buraxılış məntəqələrində qeydiyyatı yoxdur. Yəni, bu gün Azərbaycandan xaricə pul çıxarmaq problem deyil. Azərbaycanda pulu olan adamların qarşısında hökumətin heç bir qadağası tab gətirə bilmir. Rüşvət, korrupsiya halları olan ölkədə qayda-qanunları səmərəli şəkildə tətbiq etmək mümkün deyil. Qanunları icra edən məmurlar üçün pul hər şeyi həll edir.(ulus.az) Prezidentin verdiyi fərmanlar bundan sonra maliyyə axınına nəzarəti bir əldə cəmləşdirəcək və gücləndirəcək. Azərbaycandan vəsait çıxarılmasının və yerli investorların xaricə investisiya yatırmasının qarşısını ala bilməz. Ümumi ideya ondan ibarətdir ki, ölkədə sahibkarlıq üçün münbit şərait yaradılmalıdır, monopoliya, rüşvətxorluq, korrupsiya aradan qaldırılmalıdır, ədalətli məhkəmə sistemi olmalıdır və.s. Bu məsələlər həll olunsa, heç bir azərbaycanlı iş adamı istəməz ki, xarici ölkədə fəaliyyət göstərib o ölkəyə vergi ödəsin. Sahibkar heç kimə xidmət etmir, onun məqsədi pul qazanmaq və özünə xidmət etməkdir. Elə mühit yaratmaq lazımdır ki, sahibkar gəlib Azərbaycanda fəaliyyət göstərsin və o, əldə etdiyi qazancından istər-istəməz vətəninə öz töhfəsini verəcək. Azərbaycan hökumətinin tərkibində çox ağıllı, savadlı mütəxəssislər var. Bunu da bilirlər. rubrika.az Geri qayıt |