Əsas Səhifə > Mədəniyyət > Rusiya “Eurovision-2018”-dən kənarlaşdırıla bilər

Rusiya “Eurovision-2018”-dən kənarlaşdırıla bilər


15-04-2017, 10:44
Rusiya “Eurovision-2018”-dən kənarlaşdırıla bilər

Avropa Yayım İttifaqı Rusiyanın “Eurovision-2018” mahnı müsabiqəsindən kənarlaşdırılması məsələsini nəzərdən keçirəcək.

Bu barədə AYİ-dən bildirilib. Qurumdan həmçinin bildirilib ki, “Eurovision-2017”-nin keçirilməsi hazırda əsas prioritet təşkil edir: “Yaranan vəziyyətlə bağlı qərarlar müsabiqədən sonra veriləcək”.

Avropa Yayım İttifaqı (European Broadcasting Union-EBU) bundan əvvəl rəsmi şəkildə Rusiyanın “Eurovision-2017” mahnı müsabiqəsində iştirak etməyəcəyini təsdiqləyib. “Təəssüf ki, “Birinci kanal” rəhbərliyi “Eurovision-2017” mahnı müsabiqəsini yayımlamayacağını bəyan edib. Bu isə o deməkdir ki, Rusiya bu il müsabiqədə iştirak edə bilməyəcək”, - deyə bəyanatda qeyd olunub.(APA)

Qeyd edək ki, Rusiyanın “Eurovision-2017”-dəki təmsilçisi Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub. Müğənni Rusiyanı “Eurovision-2017”–də "Flame Is Burning" mahnısı ilə təmsil edəcəkdi.

Rubrika.Az
Geri qayıt