Əsas Səhifə > İdman > İslam Oyunlarının Bakıda keçirilməsi kimləri qıcıqlandırır? - Sensasiya
İslam Oyunlarının Bakıda keçirilməsi kimləri qıcıqlandırır? - Sensasiya19-04-2017, 17:36 |
![]() IV İslam Həmrəyliyi Oyunlarınnın Bakıda keçirilməsi bəzi qüvvələri və anti-Azərbaycan dairələrini narahat edir Bu barədə məlumata görə, ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsi bəzi güclərin ürəyincə deyil. Onların arasında Qərb dairələri üstünlük təşkil edir. Azərbaycanın tolerant ölkə olması, inkişafı və multukulturalizm mərkəzi kimi tanınması Qərbdə ermənipərəst qüvvələr tərəfindən qısqanclıqla qarşılanır. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasını, ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan edilməsini, Azərbaycanın böyük bir missiyanı öz üzərinə götürməsini qəbul etməyən qüvvələr var.(ulus) Qərbin islamofob dairələri və transmilli mediası müsəlman dünyasında baş verən hadisələri, prosesləri birtərəfli və əsasən qərəzli formada təqdim edirlər. Nəticə etibarilə həm maddi və mənəvi zənginliyi ilə seçilən müsəlman ölkələri, həm də sülh və barışıq dini olan İslam dini haqqında beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv və yanlış təsəvvür yaradılır. İslamı terrorla eyniləşdirmək, hər bir müsəlmanı potensial terrorçu obrazında təqdim etmək, İslam dəyərlərini ümumbəşəri dəyərlərdən ayıraraq yad və zərərli element kimi qələmə vermək cəhdləri haqlı olaraq bütün İslam aləmində ciddi etirazlar doğurur. Hacı Cavad məscidi ətrafında yaradılmış ajiotaj da bəzi qüvvələrin anti-Azərbaycan planlarıdır və təzyiq kampaniyasına başlayırlar. Bununla məqsəd yarışma ərəfəsində ölkəmiz əleyhinə kampaniya aparmaqdır. Azərbaycan Respublikası dünyada İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi işinə həmişə öz töhfəsini verib və bundan sonra da bu sahədə qarşısında duran vəzifələri tam icra etmək əzmindədir. Bakıda keçirilməsi nəzərdə tutulan IV İslam Həmrəyliyi Oyunları da ümumi mənafelərimizə xidmət edəcək. Artıq Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübə qazanıb. Rubrika.Az Geri qayıt |