Əsas Səhifə > Hadisə > Prezident Hesablama Palatasına əmr verdi - Məmurlar təlaş içindədir
Prezident Hesablama Palatasına əmr verdi - Məmurlar təlaş içindədir19-04-2017, 19:01 |
|
Azərbaycanda məmurlar üçün ağır dövr başlanıb. Hesablama Palatası tərəfindən sürətləndirilən yoxlamalar vəzifə sahiblərini həyəcanlandırıb Ölkə rəhbərliyi büdcə vəsaitlərinə nəzarəti və şəffaflığın təmin olunmasını ciddi şəkildə tapşırıb. Bu vəzifə Palata qarşısında prioritet məsələdir. Komitə sədrləri, nazirlər, icra hakimləri, ümumilikdə məmur ordusu təşvişdədir. Məqsəd iqtisadi böhranla üzləşmiş Azərbaycanın dövlət büdcəsinə nəzarəti gücləndirməkdir. Məmurların israfçılığı və korrupsiya fəaliyyəti büdcəyə uzunmüddətli ciddi zərər vurub. Bundan sonra Hesablama Palatası “Domokl qılıncı” rolunu oynayacaq. 2016-cı il Hesablama Palatasının tarixində əlamətdar gün olub. 2016-cı ildən müəyyən edilmiş nöqsan və pozuntuların təsnifləşdirilməsinə başlanılıb. Bu məqsədlə xarici ölkələrin təcrübəsi öyrənilib. Hesabatda nöqsanların təsnifləşdirilməsi zamanı nöqsan və pozuntuların xüsusi çəkisi və bərpa olunan vəsaitlərin həcmi barədə məlumat yer alıb". Hesablama Palatası məmurlara qarşı “səlib yürüşü”nə başlayıb. Qurum fəaliyyətdə olduğu dövrdə ilk dəfə belə fəallaşıb. Palata son bir neçə ayda ayrı-ayrı dövlət qurumlarının, nazirliklərin, vəzifəli şəxslərin qüsurlarını açıqlayıb. Heç zaman olmadığı kimi dövlət məmurlarının korrupsiya faktları ifşa edilib.(ulus)Dövlət qurumlarının rəhbərləri də onların fəaliyyətindəki nöqsanları açıb-ağardan Hesablama Palatası qarşısında susur, həmin faktlara dair heç bir reaksiya vermir, mətbuat səhifələrində münasibət bildirmirlər. Analitik qrup belə qənaətə gəlib ki, Palatanın fəallaşması bir neçə məmurun vəzifəsi ilə vidalaşmasına hesablanıb Rubrika.Az Geri qayıt |