Əsas Səhifə > Gündəm > Prezidentin saxladığı tikintiyə görə maliyyə naziri Samir Şərifov nə deyəcək?
Prezidentin saxladığı tikintiyə görə maliyyə naziri Samir Şərifov nə deyəcək?20-04-2017, 10:57 |
![]() Qalmaqallı “Böyük plaza” tikintisi maliyyə naziri Samir Şərifovun patronajlığı altındadır Xəbərə görə, bu məlumat mətbuatda yayılıb. Vergilər Nazirliyinin "Cavid" parkının yaxınlığından yerləşən inzibati binasından metronun "İnşaatçılar" stansiyasının yaxınlığındakı məşhur "Centlemen" mağazasına qədər olan ərazidə maliyyə nazirinin tikinti şirkətləri iş aparırlar. Bu ərazi şəhərin ən prestijni yerlərindən sayılır və sıradan bir şirkət bu işə qol qoya bilməzdi. Təbii ki, Yasamalın icra hakimiyyətinin başçısı bu işdə ona yardımçı olub. Söküntü layihəsinə cari idarəetməni də o həyata keçirib.(ulus) Məlum olduğu kimi, prezidenti İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində yaşayış binasının tikintisi dayandırılıb. Buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsidir. Tikinti yerindəki məlumat lövhəsinə görə, Yasamal rayonunda qeyd olunan ünvanda “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin tikintisi aparılırdı. Lakin tikintini həyata keçirən şirkət mövcud qanunları pozaraq ərazidə ağacları qanunsuz olaraq ağır texnika ilə məhv edib. Xəbərə görə, S.Şərifov üçün növbəti çətin dövr başlanıb. Nazir prezidentin saxladığı tikintiyə görə böyük məbləğ itirir. Ancaq onun ölkə başçısına müqavimət göstərmək iradəsi də yoxdur. Bu halda maliyyə naziri bir müddət susmalı olacaq. Həmin ərazidə gözü olan bir çox iri məmurların adları əvvəllər mətbuatda çəkilirdi. Həmin “Ovçular evi”ində 2010-cu ildə bilinməyən səbəblərdən yanğın baş verib, içərisində ov silahları da olmaqla mağazanın bir hissəsi yanıb. “Ovçular evi” "Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin balansında olub, bu ictimai birliklə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında neçə vaxtdır qalmaqal yaşanırdı. Nazirlik ictimai birliyi saxta ovçuluq vəsiqələri verməkdə və ovçuluqla bağlı qanunları pozmaqda günahlandırıb. Nəhayət 2014-cü ildə təşkilatla ovçuluq təsərrüfatlarının idarə edilməsinə dair bağladığı müqaviləni ləğv edib. Rubrika.Az Geri qayıt |