Əsas Səhifə > Qanun > Vergilər Nazirliyi: 70 min nəfərin borcu silindi

Vergilər Nazirliyi: 70 min nəfərin borcu silindi


21-04-2017, 11:00
Vergilər Nazirliyi: 70 min nəfərin borcu silindi

Cari ilin yanvarın 1-ə olan məlumata görə, 39880 vergi ödəyicisinin dövlət büdcəsinə 1 milyard 409 milyon 370,7 min manat, 1 aprel tarixinə isə 41 352 vergi ödəyicisinin 1 milyard 016626,0 manat məbləğində vergi borcu olub.

Vergilər Nazirliyindən verilən məlumata görə, cari ilin 1-ci rübü ərzində 35542 sayda vergi ödəyicisinin 251086,4 min manat məbləğində borcu yaranıb, 34070 sayda vergi ödəyicisinin 643831,1 min manat məbləğində borcu ləğv edilib.

“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanuna uyğun olaraq, 69329 vergi ödəyicisinin 728 milyon 83,1 min manat məbləğində borcu qeyd-şərtsiz olaraq silinib.

Bundan əlavə, Qanunun 2.2-ci və 3-cü maddələrinə əsasən ilin yanvar-mart ayları ərzində edilmiş 8013,1 min manat ödəniş müqabilində 4428 vergi ödəyicisinin 1 yanvar 2017-ci il tarixə mövcud olan maliyyə sanksiyaları üzrə borclarının 13 milyon 760,9 min manatı silinib.

Rubrika.Az
Geri qayıt