Əsas Səhifə > Hadisə > Sərkisyan ordunu kimlərə həvalə etdi – Təsdiq

Sərkisyan ordunu kimlərə həvalə etdi – Təsdiq


21-04-2017, 13:54
Sərkisyan ordunu kimlərə həvalə etdi – Təsdiq

Ermənistan Müdafiə nazirinin müavinlərinin rəsmi təyinatı parlament seçkilərinin nəticəsinə görə təxirə salınır.

Bu sözləri Ermənistan müdafiə naziri Vigen Sərkisyan bu gün mediaya açıqlamasında deyib. Onun sözlərinə görə, hər iki müavin faktiki olaraq fəaliyyət göstərirlər, parlament bu fəaliyyəti rəsmiləşdirməsi qalır.

Qeyd edək ki, Ermənistanın hakim Respublika Partiyasının parlament fraksiyasının üzvləri Artak Zakaryan və Artak Davtyan müdafiə nazirinin müavinləri kimi vəzifələrinin icrasına 15 apreldə başlayıblar.

Zakaryan parlamentdə xarici əlaqələr komissiyasına, Davtyan isə elm, mədəniyyət, təhsil, gənclər və idman komissiyasına rəhbərlik edib və hərbi mütəxəssis hesab edilmirlər.

Əlavə edək ki, Müdafiə naziri Vigen Sərkisyanın özü də peşəkar hərbçi deyil. Onun ixtisasca hüquqşünas və diplomatdır.

Rubrika.Az
Geri qayıt