Əsas Səhifə > İdman > "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun illik qazancı açıqlanıb
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun illik qazancı açıqlanıb21-04-2017, 13:50 |
![]() "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun illik qazancı açıqlanıb. Bu barədə Latviya Futbol Federasiyasının (LFF) baş katibi Yanis Majetskis açıqlama verib. O bildirib ki, ukraynalı mütəxəssisə Latviya yığmasında baş məşqçi postunu təklif etdikləri vaxt onun əmək haqqı ilə də maraqlanıb: "Qriqorçukla əmək haqqı barədə söhbətimiz olmadı. Amma qeyri-rəsmi danışıqlardan eşitdim ki, o, ildə bir milyon dollar civarında qazanır". Baş katibin sözlərinə görə, yığmanın yeni baş məşqçisinin əmək haqqı Qriqorçukun qazancından 10 dəfə azdır: "LFF baş məşqçiyə 1 milyon dollar ödəməyi özünə rəva görməz. Aleksandr Starkova 10 dəfə az məbləğdə maaş veririk". Qeyd edək ki, Roman Qriqorçuk "Qəbələ"də 2015-ci ilin yanvarından çalışır. Onunla hazırkı anlaşma yayda başa çatacaq. Rubrika.Az Geri qayıt |