Əsas Səhifə > İdman > AFFA prezidenti: "Gələn mövsüm Premyer Liqada neçə komandanın iştirak edəcəyinə hələ qərar verilməyib"
AFFA prezidenti: "Gələn mövsüm Premyer Liqada neçə komandanın iştirak edəcəyinə hələ qərar verilməyib"22-04-2017, 13:13 |
![]() "Gələn mövsüm Azərbaycan Premyer Liqasında neçə komandanın iştirak edəcəyinə dair qərar hələ verilməyib". Bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib. O deyib ki, lisenziya ala bilən klubların hamısı 2017-2018 mövsümündə Premyer Liqada iştirak edəcəklər. R.Abdullayev elitada sonuncu yeri tutan AZAL-ın I Diviziona enib-enməyəcəyi barədə məsələyə də münasibət bildirib: "Bu məsələyə baxacağıq. Yəqin ki, axırıncı yeri tutan komanda Premyer Liqanı tərk edəcək. I Diviziondan gələn olsa, AZAL elitanı tərk edəcək. Hələlik neçə komandanın gələcəyi bilinmir". Qeyd edək ki, hazırda Premyer Liqada 8 komanda mübarizə aparır. I Divizionda isə "Turan Tovuz" çempion olaraq yüksək liqaya vəsiqə qazanıb. Rubrika.Az Geri qayıt |