Əsas Səhifə > Bölgə > Deputat Naqif Həmzəyevə danışmaq niyə qadağan olunub? - Şok iddialar
Deputat Naqif Həmzəyevə danışmaq niyə qadağan olunub? - Şok iddialar24-04-2017, 07:56 |
![]() Deputat Naqif Həmzəyevə danışmaq qeyri-rəsmi yasaqlanıb Millət vəkili Rəsulzadəyə vətən xaini deməsindən sonra cəzalandırılıb. Ona Milli Məclisin İltizam Komissiyası tərəfindən töhmət verilib və çıxışları qadağan olunub. Son vaxtlar isə N.Həmzəyevin çıxışlarına rast gəlmək olmur. Onun nadir hallarda ütülənmiş, hazır açıqlamaları bəzi saytlarda çap olunur. Milli Məclisdə deputat mandatı alan şəxslərin mandatlarının verdiyi 5 ildə özlərini necə aparmaları onlar üçün növbəti seçkilərdə işığın rəngini müəyyənləşdrir: 5 illik fəaliyyət bu işığı ya yaşıl edir, ya da qırmızı. Sonuncu parlament seçkilərində mandat alan Naqif Həmzəyev elə deputatlardandır ki, onun 5 illik fəaliyyətini gözləməyə ehtiyac qalmayıb desək yanılmarıq. Deputatlığının ilk günlərindəcə Məmmədəmin Rəsulzadə ilə bağlı verdiyi açıqlama onun taleyini həll etmiş oldu. Sitat: “Niyə Rəsulzadənin büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram... Heç bilirsiz o Rəsulzadə respublika yaratmaq üçün nələr edib? Yaxşı şəxsiyyət olsaydı qurduğu respublikanı qoruyub saxlayardı. Rəsulzadə satqın olub, o bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycanda qarşı xarici qüvvələrlə sıx əlaqədə olub… Axı niyə fikirləşirsiz ki, Gəncədə Rəsulzadənin heykəli olmalıdır?! Rəsulzadə respublikanı Gəncədə deyil, Tiflisdə qurub…” N.Həmzəyev bu çıxışın qurbanı olub və onun növbəti seçkidə deputat olmayacağı dəqiqləşib. Həmin vaxt məsələyə ən yaxşı münasibəti Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev bildirmişdi:(ulus.az)“Bununla bağlı İntizam Komissiyasında deyil, Milli Məclisin iclasında geniş müzakirə aparılacaq. Gəlib bu səviyyəyə qalxasan, deputat seçiləsən, millətin nümayəndəsi olasan, Azərbaycanın yeni tarixindən xəbərin olmasın?.. Demirik ki, Azərbaycanın min il bundan qabaqkı tarixini bilmirsən, dünən yaşadığımız tarixdən xəbəri yoxdur. Sən axı o cür kişini niyə elə adlandırırsan?.. Ona görə də hesab edirəm ki, buna əxlaqi qiymət vermək lazımdır... Nə qədər təhsilsiz, mədəniyyətsiz olasan ki, müstəqil Azərbaycanın ilk sözünü deyən insanı “Azərbaycanın düşməni” adlandırasan. Heç bu sözü deməyə ermənin gücü çatmaz. Naqif Həmzəyev çox böyük səhv edib. Səhv deyilsə, bacardığı, bildiyi budursa, onda heç olmasa gedib ali məktəb dərsliyini demirəm, orta məktəb kitablarını oxusun”. Rubrika.az Geri qayıt |