Əsas Səhifə > Səhiyyə > Səhiyyə Nazirinin qovduğu Balakənin baş həkimi Hacıömər Nuriyev haqda ŞOK ittihamlar - Təfərrüat
Səhiyyə Nazirinin qovduğu Balakənin baş həkimi Hacıömər Nuriyev haqda ŞOK ittihamlar - Təfərrüat24-04-2017, 08:08 |
![]() Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib. İclasda nazir Oqtay Şirəliyev bir neçə rayonun baş həkimini işdən çıxarıb Əldə etdiyimiz məlumata görə, nazirin işdən çıxardığı baş həkimlərdən biri Hacı Ömər Nuriyevdir. O, Balakən Mərkəzi rayon Xəstəxanasına rəhbərlik edib. Faktı Unikal.org-a Balakən Rayon İcra Hakimiyyətindən də təsdiqləyiblər. Baş həkimin adı rüşvətdə hallanıb. Media üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, Balakən Mərkəzi Xəstəxanasının baş həkimi Hacıömər Nuriyev xəstəxananın açılışı zamanı Prezidentə təqdim etdiyi və dövlət tərəfindən alınan tibbi avadanlıqları öz şəxsi, özəl klinikasına aparıb.(ulus)Dövlət xəstəxanasına isə sovet dönəmindən qalma köhnə aparat qoyub. Balakən rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hacıömər Nuriyev rayonun bütün xəstəxanalarını və tibb məntəqədərini özəl biznes qurumu kimi çalışdırır. Mənimsənilən dövlət vəsaitləri hesabına Balakən rayon Mərkəzi Xəstəxanasının baş həkimi rayonun ən varlı şəxslərindən birinə çerilib. Baş həkim Hacıömər Nuriyev Baləkən Səhiyyə İdarəsini sağlamlıq bazarına çevirib. Səhiyyə ocaqlarında ən adi dərman pereparatları və tibb ləvazimatlaırı tapılmadığı halda elə həmin səhiyyə ocaqlarında baş həkimə bağlı olan ayrı-ayrı tibb bacıları və həkimlər xəsğələrə baha qiymətə dərman və tibb ləvazimatları satırlar. Prezident İlham Əliyev Balakəndə olarkən sözügedən xəstəxananın açılışını edib. Həmin vaxt Mərkəzi Xəstəxananın Ginekologiya Şöbəsində ən müasir USM (daha çoz UZİ aparatı kimi tanınır-red.) avadanlığı quraşdırılmışdı. Lakin prezident ayağını Balakəndən kənara qoyan kimi, baş həkim Hacıömər Nuriyev həmin USM aparatını satıb. Yerinə isə sovet dövründən qalma köhnə avadanlığı qoyub ki, o da işləmir. H.Nuriyevin olduqca maraqlı qayda və qanunları da var. Balakən Mərkəzi Xəstəxanasının baş həkimi ildə iki formada pul yığır. Onlardan biri aylıq haqqdır ki, hər bir həkim hansı işi görməsindən asılı olmayaraq, bəlli miqdarda pulu hər ay baş həkimə verməlidir. İkincisi isə ildə bir dəfə yığılır. H.Nuriyev hər ilin sonu həkimlərdən tələb edir ki, ya pul verib işlərində qalmalıdırlar, ya da onları işdən çıxarmalı olacaq. Rubrika.Az Geri qayıt |