Əsas Səhifə > Cəmiyyət > Bakıda 18 mərtəbəli yaşayış binasında YANĞIN BAŞ VERDİ

Bakıda 18 mərtəbəli yaşayış binasında YANĞIN BAŞ VERDİ


24-04-2017, 10:10
Bakıda 18 mərtəbəli yaşayış binasında YANĞIN BAŞ VERDİ

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Rubrika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının bloklarının birində zirzəmidən başlayaraq 18-ci mərtəbəyə kimi kabel şaxtasında 600 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı hadisə yerindən 40 nəfər bina sakini təxliyə, 8 nəfər azyaşlı uşaq xilas edilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 02:34-də söndürülüb.

RUBRIKA.AZ
Geri qayıt