Əsas Səhifə > Yaddaş > May ayında neçə qeyri-iş günü olacaq?
May ayında neçə qeyri-iş günü olacaq?24-04-2017, 14:10 |
![]() May ayında 2 gün qeyri-iş günü olacaq. Belə ki, 9 may- Qələbə günü və 28 may-Respublika günüdür. Bu il mayın 9-u çərşənbə axşamına, mayın 28-i isə bazar gününə təsadüf edir. 28 may bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdirilərək, 29 may qeyri-iş günü sayılacaq. Qeyd edək ki, 9 may “Qələbə günü”nün çərşənbə axşamına təsadüf etdiyindən və 6 və 7 may tarixləri şənbə- bazar günlərinə düşdüyündən, arada yalnız 1 iş günü qalır. O baxımdan hazırda 8 may tarixinin də qeyri-iş günü elan edilib-edilməyəcəyiməsələsi müzakirə olunur. Adətən belə hallarda Nazirlər Kabineti qeyri-iş günlərinin arasında qalan iş gününü də bayram elan edir və ya qeyri-iş günləri ilə yeri dəyişdirilir. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin Musavat.com-a verdiyi məlumata görə, 8 may iş günü olacaq: "9 may isə Qələbə günü ilə əlaqədar olaraq qeyri-iş günü hesab olunur. İstirahət günləri ilə bayram günü arasındakı yeganə iş günü ilə bağlı hələ ki, qərar verilməyib. Heç bir dəyişiklik yoxdur. Akif Əli belə bir qərarın verilə biləcəyini də istisna etmədi: “Hər hansı dəyişiklik olarsa, bu barədə öncədən məlumat veriləcək”. RUBRİKA.AZ Geri qayıt |