Əsas Səhifə > Təhsil, Manşet > 189-190 saylı tam orta məktəbdən HƏYƏCANLI XƏBƏRLƏR

189-190 saylı tam orta məktəbdən HƏYƏCANLI XƏBƏRLƏR


25-04-2017, 12:40
189-190 saylı tam orta məktəbdən HƏYƏCANLI XƏBƏRLƏR

Direktor Ceyran Quliyevanın əməlləri təkcə valideynləri yox, müəllimləri də narazı salıb

Təhsil ocaqlarında baş verən qanunsuzluqlar, şagirdlərdən müxtəlif adlar altında pul toplanılması halları həmişə diqqət mərkəzində olub. Təhsil adına ləkə olan belə hallara qarşı mübarizə aparılsa da hələ də öz iş “prinsiplərindən” əl çəkməyən məktəb rəhbərləri yetərincədir.

İndi 2 məktəbin problemləri üst-üstə toplanaraq daha acınacaqlı şərait yaranıb

2014-cü ilin sentyabr ayında təhsil nazirinin əmri ilə yanaşı binalarda yerləşən 189 və 190 nörməli məktəblər birləşdiriləndən sonra mövcud problemlərin həll olunacağına çoxları inanırdı. Amma, tamamilə əksinə olub. İndi 2 məktəbin problemləri üst-üstə toplanaraq daha acınacaqlı şərait yaranıb. Ceyran Quliyevanın rəhbərlik etdiyi məktəbdə baş verənlərlə bağlı Rubrika.az saytına ilginc məlumatlar daxil olub. Verilən məlumatlara görə məktəbdə müxtəlif adlar altında şagirdlərdən pul toplanması “ənənəsi” bu gün də davam etdirilir. Valideynlər bayramlarda, eləcə də qeyri-əlamətdar günlərdə tez-tez “yada salınır”. Təbii ki, belə “yadasalmalar” onlara heç də ucuza başa gəlmir.

Verilən məlumatlara görə təkcə şagirdlər yox, elə müəlimlər də hər ayın axırında aldıqları maaşın müəyyən qismi ilə vidalaşmalı olurlar. Müəllimlərdən hər ay toplanan pulların taleyini isə Ceyran xanımdan başqa bilən yoxdur.

Məktəbə şagird qəbulu da əlavə gəlir mənbələrindən biridir. Dərs ilinin əvvəlində övladını bu məktəbdə oxutmaq istəyən valideynlər də əllərini ciblərinə atmalı olurlar.

Rubrika.az-a verilən məlumata görə məktəbin yuxarı siniflərində tədris formal xarakter daşıyır. Belə ki, ali məktəblərə hazırlaşan şagirdlər müxtəlif hazırlıq kurslarına getdikləri üçün dərslərə demək olar ki, gəlmirlər. Bu da məktəb rəhbərliyinin daha bir qazanc mənbəyidir.

Görəsən həmin yetkili şəxslər niyə təhsilimizin inkişafına yox, Ceyran xanıma köməklik göstərirlər?

Verilən məlumatları dəqiqləşdirmək üçün məktəb rəhbərliyi ilə əlaqə saxladıq. Lakin, Ceyran xanım hər zaman öz “qanunları” ilə işlədiyi kimi bu dəfə də ölkə qanunlarına məhəl qoymadı. KİV-in məlumat toplamaq hüququnu heçə sanan direktor bizə Bakı Baş Təhsil İdarəsini göstərdi. Mediadan hər kəsə aydındır ki, 2016-cı il tədris ilin əvvəlində bəhs edilən məktəbin bufet və yeməkxanası ilə bağlı xəbər portallarında yazılar dərc olunurdu. Həmin vaxtlar Ceyran xanım açıq etirafla bildirirdi ki, məktəblə bağlı nə suallar yaranarsa, təhsil ocağının qapıları media işçiləri üçün açıqdır və biz də sualları cavablandırmağa hazırıq. Öz sözlərini Ceyran xanıma xatırlatdıqda sentyabrdan bəri çox qaydaların, qanunların dəyişdiyindən xəbər verdi. Rəhbərlik etdiyi məktəbi “alınmaz qalaya” çevirən C. Quliyeva müxtəlif yollarla şikayətlərin qarşısını da almağı bacarır.Verilən məlumatlara əsasən 189-190 nömrəli tam orta məktəbin direktorunun əməllərinə dözməyib yuxarı instansiyalara şikayət edəcəyini bildirən müəllimlərə, direktor «Nə bilirsinizsə onu da edin. Mənim arxamda Təhsil Nazirliyinin yetkili şəxsləri dayanıb» deyərək əməllərinə davam edir. Görəsən həmin yetkili şəxslər niyə təhsilimizin inkişafına yox, Ceyran xanıma köməklik göstərirlər?

Nicat MAHMUDOV
Geri qayıt