Əsas Səhifə > Maraqlı > Kreml İrəvanı ayağına gətirdi: Üç nazirin görüşündə şok gizlinlər - Təfsilat
Kreml İrəvanı ayağına gətirdi: Üç nazirin görüşündə şok gizlinlər - Təfsilat27-04-2017, 10:48 |
![]() Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov, Edvard Nalbandyan və Sergey Lavrov arasında keçiriləcək görüşün vaxtı müəyyənləşib. Hər üç ölkənin XİN rəhbərləri aprelin 28-də Moskvada görüşəcək. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafında məsələlər müzakirə ediləcək. XİN rəhbəri deyib ki, Moskva görüşünün Sankt-Peterburqda prezidentlər səviyyəsində aparılmış mahiyyətli danışıqların davamı olacağına ümidvar olmaq istəyirik: “Artıq sözdən əmələ keçmək vaxtıdır. Dəfələrlə bəyan etdiyimiz kimi, Azərbaycan substantiv danışıqlara hazırdır”. Onu da deyək ki, status-kvonun, o cümlədən atəşkəsin uzanmasına yol açan bütün müzakirələr Ermənistanın xeyrinədir. Azərbaycanın Avrasiya İqtisadi Birliyinə, Gömrük ittifaqına mümkün üzvlüyü məsələsi vaxtaşırı Rusiya ekspertlərinin, rəsmi şəxslərinin dili ilə gündəmə gətirilir.(ulus)Prezident Vladimir Putinin təşəbbüsü ilə yaradılan Avrasiya İqtisadi Birliyinə üzv olmaq üçün Azərbaycana dəfələrlə müxtəlif formalarda, diplomatik, siyasi kanallarla təzyiqlər edilib. Lakin bütün bunlara baxmayaraq Azərbaycan qeyd edilən birliklərə üzv olmağı qəbul etmir. Üç nazirin görüşündə bu məsələnin də müzakirəsi mümkündür. Azərbaycanın bu məsələdə gücünün əsas hissəsini rəsmi Bakının, ölkə rəhbərinin şəxsən Rusiya istiqamətində apardığı siyasət təşkil edir. Moskvanın Qarabağ məsələsində hər hansı şərtini qəbul etsək, Rusiya növbəti bu dəfə tamamilə fərqli bir şərt irəli sürəcək. Dağlıq Qarabağ münaqişəsi kontekstindən baxanda Rusiyanın, sadəcə olaraq, özünün marağı var. Rusiyanın son marağı isə birinci bu məsələ üzərində qurulub ki, onlar regionu silahlanma yarışına çevirsinlər. Eyni zamanda Ermənistanın və Azərbaycanın Moskvadakı diasporlarının pulunu Rusiya yeri gələndə öz pulu hesab edir. Deyir ki, Azərbaycan diasporu silah alıb Bakıya, Ermənistan diasporu da silah alıb, İrəvana göndərsin. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması Rusiya üçün də təhlükədir. Çünki münaqişə ərazisinin qonşuluğunda İran və onun tarixi maraqları var. Ən vacib məsələ odur ki, Ermənistan “ingilis bayrağı” kimi dövlətdir. Bir gün Qərbə, bir gün Rusiyaya qaçır. Rusiya da bunu yaxşı anlayır və zaman keçdikcə Avrasiya İqtisadi Birliyi ilə bağlı ortaya atılan şərtləri də neytrallaşdıracağıq. Rubrika.Az Geri qayıt |