Əsas Səhifə > Hadisə > Rusiyanın baş naziri Kreml intriqalarının qurbanına çevrilir

Rusiyanın baş naziri Kreml intriqalarının qurbanına çevrilir


28-04-2017, 10:57
Rusiyanın baş naziri Kreml intriqalarının qurbanına çevrilir

Ehtimal olunur ki, o, Putinin yerinə keçsə rəqiblərinə aman verməyəcək

Rusiya baş naziri Dmitri Medvedevin başının üstündən qara buludlar əskilmir.

Rusiyada fəaəliyyət göstərən “Levada-sentr” təşkilatının keçirdiyi sorğuda respondentlərin yarısından çoxu hökumətin dəyişməsindən yana olduğunu bildirib.

Sorğu ilə bağlı Kremlin verdiyi reaksiya isə gözlənidliyinin əksinə olub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun “Levada-sentr”in Medevedevlə bağlı keçirdiyi sorğunu araşdıracaqlarını söyləməsi bir çox şayiələrə əsas yaradıb. Peskovun prezident V. Putinin Medvedevə tam etimad göstərib-göstərmədiyi barədə verilən sualdan da yayınması xüsusi diqqətə səbəb olub.(musavat.com)Belə görünür ki, Putin prezident seçkiləri öncəsi bütün riskləri gözə alaraq yaxın dostunu qurban vermək istəyir.Hər halda bir sıra Qərb və Rusiya analitiklərinin ümumi qənaəti bu yöndədir.

“Levada-sentr”in eksperti Stepan Qonçarov baş nazirin reytinqinin düşməsini “Krım konsensusu” (Krımın işğalının yaratdığı effekt nəzərdə tutulur-red.) faktorunun aşağı düşməsi, bunun fonunda isə iqtisadı problemlərin üzə çıxması ilə əlaqələndirib.

Henri Meyer, İlya Arxipov, Yevgeniya Pismennaya və İrina Reznikin Bloomberg agentliyi üçün hazırladıqları məqalədə də Putinin korrupsiya ittihamları, habelə ölkədəki bərbad iqtisadi durumdan dolayı reytinqləri yerdə sürünən baş nazirdən 2018-ci ilə qədər qurtula biləcəyi barədə fərziyyə irəli sürülüb.

“Dövlətin 2-ci şəxsinn əvəzlənməsi Putin hökumətinə yeni həyati nəfəs verə və neçə illərdir iqtisadi durğunluqdan əziyyət çəkən seçicilərin rəğbətini yenidən özünə qaytarmağa imkan verə bilər”, - yazıda qeyd olunur. Buna rəğmən məsələnin digər tərəfi də var. Belə ki, Medvedevi qovmaqla Putin rəqiblərinə əlavə cəsarət stimulu verə bilər. Məsələn, Rusiyanın tanınmış politoloqlarından Qleb Pavlovski Medvedevin uzaqlaşdırlmasını Navalnı üçün əsl hədiyyə hesab edir.

Məqalədə son dövrlərdə Dmitri Medvedevin bu qədər üzərinə gedilməsinin təsadüfi olmadığı və baş nazirin əslində saray intriqalarının məngənəsində boğdurulmaq istənildiyi vurğulanır.

Belə ki, Medvedevin son vaxtlarda Rusiyanın əsl sahiblərindən biri hesab edilən “Rosneft” şirkətinin qüdrətli prezidenti İqor Seçinlə müharibə vəziyyətində olduğu söylənilir. “Medvedevlə Seçinin iqtisadi baxışları da fərqlidir. Seçin dövlətin (yəni rejimin-red.) iqtisadiyyat üzərində ağırlığının qorunmasının tərəfdarı olduğu halda Medvedev və onun texnokrat müttəfiqləri azad bazar rejiminə üstünlük verir”, -məqalədə deyilir.

Lakin görünür, Medvedev artıq bu mübarizəni uduzur. Baş nazir 2016-cı ildə “Rosneft”in öz rəqiblərini ilhaq etməsinə mane ola bilmədi. Putin bu məsələdə Seçini dəstəklədi”, - yazı müəllifləri qeyd edirlər.

Elə prezidentin yaxın çevrəsində də Putinə bir şey olması halında Medvedevin onun yerinə keçəcəyi barədə qayğılar çoxalıb.

“Doğrudur, yaxın zamanlarda Putini heç bir şey təhdid etmir. Onun sağlamlığı əsl tərifə layiqdir. Lakin əgər Medvedev onu yerinə keçsə, rəqiblərinin heç birinə aman verməyəcək. Bu səbəbdən Vladimir Putinə Medvedevi kənarlaşdrıması ilə bağlı təzyiqlər artmaqda davam edir”, -Bloomberg Putinin siyasi məsləhətçisi Sergey Markovun sözlərinə yer verib.

Buna rəğmən Markov baş nazirin ən azı 2018-ci ilə qədər vəzifəsində qalacağını düşünür. “Güman edirəm ki, Dmitri Medvedev ona vurulan zərbələr qarşısında tab gətirə biləcək”, - Markov bildirib.

Kremlin siyasi məsləhətçilərindən Alesksey Çesnakov da baş nazirin qovulmasının hələ erkən olduğunu və Putinin indiki ərəfədə istədiyi effekti ala bilməyəcəyini deyib.

Rusiyanın digər politoloqlarından Andrey Kolyadinə görə isə, Medvedev ölkədəki narazılıqlara sinə gələn və Putini bir çox tənqidlərdən yayındıran fiqurdur. Onun hökumətdən uzaqlaşdırılması Putinin özünü hədəfə çevirə bilər.

Rubrika.Az
Geri qayıt