Əsas Səhifə > İstisadiyyat > İslamiadadan sonra: Dollar sürətlə bahalaşır, 6 min iş yeri açılır - Gəlişmə
İslamiadadan sonra: Dollar sürətlə bahalaşır, 6 min iş yeri açılır - Gəlişmə28-04-2017, 13:39 |
![]() İslam Həmrəyliyi Oyunlarından sonra dollar bahalaşa bilər İslamiadaya görə dollar aşağı məzənnədə saxlanır. Ölkəyə turist axınının olması və ərəblərin gəlişi dolları bahalaşdırmamağı zəruri edib. Ölkədə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi nəzərdə tutulub. Yəqin ki, bu müddət ərzində manatın məzənnəsi ilə bağlı dəyişikliklərə rəvac verilməyəcək. Manatın məznnəsi çox güman ki, olduğu səviyyədə saxlanılacaq. Dəyişikliklər olsa da, bu cüzi xarakter daşıyacaq. Bu ilin avqust ayından etibarən manatın məzənnəsində yenidən ucuzlaşma müşahidə olunacaq. Bu, tez də baş verə bilər. Bütövlükdə götürəndə bu ilin ikinci yarısından manatın ucuzlaşması və dolların bahalaşmasını müşahidə edəcəyik. Bundan əlavə, valyuta dəyişmə məntəqələrinın fəaliyyətinin qısa müddət sonra bərpa ediləcəyi gözlənilir. Bir il öncə valyuta dəyişmə məntəqələri ləğv edilən zaman bunun doğru addım olmadığı bildirərək, bu xidməti bərpa etməyin vacibliyini bildirmişdik. Valyutadəyişmə məntəqələrinin olmaması qara bazarın inkişafına gətirib çıxardı. Digər baxımdan, valyutadəyişmə məntəqələrinin işləməsi 6 min iş yeri demək idi.(ulus)Bu məntəqələr ləğv edilən zaman məhz 6 min iş yeri bağlandı. Bu baxımdan, valyuta dəyişmə məntəqələrinin bərpası həm də yeni leqal iş yerləri deməkdir. Son günlər dollara tələbin yenidən azalması müşahidə edildi. Əslində, dollara olan tələbin azalmasının üç mühüm səbəbi var. Mərkəzi Bankın depozit hərracları manat bazasını qısa müddətli olsa da belə azaldır və bu da dövriyyədə pul kütləsinin həcminə təsir göstərir. İkincisi, banklardan vəsaitlərin nağdlaşdırılmasına tətbiq edilən limitlər nağd pul, xüsusən M0 aqreqatının həcmini kəskin azaldıb. Əksər bankların alış və satış kursu arasında fərq yenə də var. Fevral ayının əvvəllərində manat möhkəmlənməyə başlayanda manatın və ya dolların alış kursu ilə satış kursu arasında hər 100 dollarda təxminən 20 manat fərq var idi. Əslində, səbəblərdən biri məhz valyuta dəyişmə məntəqələrinin yoxluğu nəticəsində rəqabətin zəif olması idi. Qəribədir ki, hətta qeyri-leqal fəaliyyət göstərən “qara bazar”da valyutanın alış-satış kursu əksər banklara nisbətən daha münasibdir. Bu isə ondan xəbər verir ki, valyuta dəyişmə məntəqələrinin bərpası qeyri-leqal bazarda çalışanların fəaliyyətinin leqallaşdırılmasına imkan verəcək. RUBRİKA.AZ Geri qayıt |