Əsas Səhifə > Gündəm > 400 minə toy edən məmur necə cəzalanıb? - Deputatın mesajının təfsilatı

400 minə toy edən məmur necə cəzalanıb? - Deputatın mesajının təfsilatı


28-04-2017, 17:35
400 minə toy edən məmur necə cəzalanıb? - Deputatın mesajının təfsilatı

Qızına 400 minlik toy edən Bakı Liftlər İdarəsinin direktoru Qüdrət Şükürov cəzalandırılıb

Prezident məmurları dəbdəbəli məclislər təşkil etməməyə çağırmışdı. Amma buna zidd addım atan baş liftçi cəzalandırılıb. Bu xəbəri dolayısı ilə deputat Nizami Cəfərov da təsdiqləyib.

“Toydur, yasdır, burada cəza olmur. Ancaq kimlər ki, dəbdəbəli toy və ya yas edirsə, onlar təkcə ictimai deyil, həm də dövlətin diqqət mərkəzində olurlar.
Yəqin ki, sonra bunun hesabını soruşurlar. Yəni, o adamlar sonradan öz hərəkətlərinin cəzasını çəkirlər. Çəkməyə də bilməzlər”.

Bu fikirləri Nizami Cəfərov qızının dəbdəbəli toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovla bağlı yazılan xəbərlərə münasibət bildirərkən deyib.(ulus)N.Cəfərovun sözlərinə görə, bəzən elə əxlaqa sahib olan insanlar var ki, onlar bu cür cəzaları belə gözünün qabağına alıb mənfi hərəkətlərə yol verirlər:

“Yəqin ki, oradan sürüşəcəklərinə əmindirlər. Burada bir məsələdə var ki, Azərbaycan dünyadan təcrid olunan ölkə deyil. Azərbaycan bu gün dünyada gedən proseslərin tərkib hissəsidir.

Bizdə elə insanlar var ki, onlar mənsub olduğu xalq və onun həyat tərzi ilə hesablaşmır, ayrı bir həyat tərzi keçirir.

Onlar özünün müdafiəsini də həmin tərəfdə görürlər. Onlar əmindir ki, əgər Azərbaycanda qınanacaqlarsa, mütləq gedib başqa yerlərdə yer tapacaqlar”.

Ölkə rəhbərliyi Q.Şükürova və onu himayə edən Bakı meri Hacıbala Abutalıbova qəzəblənib.

Medianın gündəminə gələn baş liftçinin yekəxanalığı və təkəbbürlü açıqlamaları da dövlət başçısının xoşuna gəlməyib. Q.Şükürov işdən çıxarılmasını təkizb etsə də, artıq belə bir qərar verildiyi iddia olunur.

Mətbuatda gedən məlumatlara görə, Q.Şükürov öz katibəsinin adına bahalı avtomobil alıb. Maraqlıdır ki, avtomobil nəğd pula alınıb. “Ferrari” markalı avtomobilin 350 min dollar qiyməti var.

Doğrudur, həmin superkarın Qüdrət Şükürovun ailə üzvlərindən birinin ad günündə hədiyyə alındığı, diqqət çəkməmək üçün katibənin adına sənədləşdirildiyi də bildirilir. Lakin 350 min dolları nəğd şəkildə ödəmək də hər məmurun işi deyil.

Mətbuat yazır ki, baş direktorun özünün yox, sürücüsünün “adına” nə az-nə çox, düz 5 milyon manatlıq əmlakı var. Özü də Bakının mərkəzindəki “Alov qüllələri” kompleksində. İzahat üçün dərhal deyək ki, həm “Alov qüllələri” kompleksində, həm də “Hilton” hotelində şəxsi mənzil üslubunda da yaşayış sahələri var və onlar yüksək qiymətlərə satılır.

Rubrika.Az
Geri qayıt