Əsas Səhifə > Hadisə > Qalmaqallı “Recep İvedik 5” filmi Bakıda nümayişə başlayır

Qalmaqallı “Recep İvedik 5” filmi Bakıda nümayişə başlayır


1-05-2017, 14:17
Qalmaqallı “Recep İvedik 5” filmi Bakıda nümayişə başlayır

Qalmaqallı “Recep İvedik 5” filminin Bakıda nümayiş olunacağı tarix bəlli olub.

Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki, film "Nizami" kino mərkəzinin repertuarına mayın 4-dən etibarən daxil ediləcək.

Qeyd edək ki, Türkiyənin “Çamaşırhane Produksiyon” kinostudiyasında lentə alınan filmin ssenari müəllifi və rejissoru Toğan Gökbakardır. Əsas rollarda aktyorlar Şahan Gökbakar, Orkan Varan və Deniz Ceylan çəkiliblər.
Filmin fraqmanında Recep İvedikin azərbaycanlı idmançını yumruqlaması etirazlara səbəb olmuşdu. Nəticədə, baş rolu canlandıran aktyor Şahan Gökbakar həmin səhnəni filmdən çıxarmışdı.

Rubrika.Az
Geri qayıt